Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar? İlk sözü nə vaxt deməlidirlər? İki sözlü, üç sözlü cümlələrə keçid hansı yaş dövrlərinə təsadüf edir?
Bu suallar demək olar ki, bütün anaları düşündürür. Xüsusilə də, yeni ana olmuş qadınlar təcrübəsiz olduqları üçün uşaqlarını başqaları ilə müqayisə edərək yersiz həyəcanlanırlar.
0-6 ay
Qığıldama dövrüdür. Bu dövrdə uşaq müəyyən hecaları ifadə etməyə çalışır.
6-12 ay
Hecaları birləşdirməyə çalışır. Ətrafda eşitdiyi səsləri təqlid edir. Əsasən ata, ana kimi birhecalı sözləri ifadə edə bilir.
12 - 18 ay
Artıq sadə və ikisözlü cümlələr qura bilir. Məsələn,"Ana gəl" kimi... Uşağın bu dövrdəki söz xəzinəsi təqribən 5-25 söz arasındadır.
18 - 24 ay
İki sözlü cümlələrin sayı artır. Söz xəzinəsi 50-yə yaxındır. Artıq dediyi sözləri başa düşmək də çətin deyil.
24 - 36 ay
Tərkibində ikidən çox sözlər olan cümlələr qurmağa başlayır. Sözlərdəki hecaların sayı artır. Söz xəzinəsi 1000 - ə yaxındır.
3 - 5 yaş
"Mən"li cümlələr qurmağa başlayır. 5 və daha çox sözlü cümlələr qura bilir. Çoxlu suallar verir. 5 yaşa doğru söz ehtiyatı təqribən 2000- ə çatır.
Hər uşaq eyni deyil
Dilin inkişaf sürəti uşaqdan - uşağa dəyişə bilər. Əgər yuxarıdakı siyahı ilə uşağınız arasında fərq varsa, bu heç də qorxulu deyil. Yox əgər fərqlər gözünüzə çox göründüsə, o zaman bir mütəxəssislə görüşün və məsləhət alın.
Tarix: 05.01.2015 / 16:23 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Körpəyə qulluq