Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SMSlər dünyanı xilas edəcək

(verse: Qaraqan)
Mən ulduz olmaq istədim
Mənə dedilər hit yazasan gərək
Ona görə götürüb kağızı, qələmi
Başlayıram nə olar olar görək (x2)

Yazacam, bir az oynaq mahni ki
Banketə, toya Məni cagiran olsun
Yazacam maşın, qız, pul mövzusunda
Dinləyicilərim varlılar olsun
Yazacam Bakı gözəl şəhər,
Yazacam inkişafımızdan
Yazacam sim-sim, pepsi
Ya da ki səba toyuqları sponsorum olsun
Yazacam rep sintez muğamla
Meyxana cazla, kamanla sazla
Kliplər, qızlar, kirayə paltar
Verliş, maqazin, qalmaqallar
Yazacam 50Cent kimi
Yazacam olmiyan tapançamdan
Yazacam feat duet kimi
Sevgidən hansısa exlaqsıznan
Əlini sıxacam üzünə tüpürmədiyim adamların
Efirde məcbur
Şit zarafat, düşüy mövzular
Bir də ki, gülümse efirdə məcbur
Yazacam dövlətə yaltaq mahnı
Yazacam reklama alçaq mahnı
Yazacam əyləncəli, şən mövzulu
Dingildeden axmaq mahni
Verəcəm radyolara ki 100defe
Verin her gun
Özüm öz mahnıma səs verəcəm
Münsiflər heyyəti “Mənə inanın,
Məni cixartmiyın”
Gedəcəm 100 super salon
Dəyişəcəm geyimimi, tərzimi
Dəyişəcəm dəlləyi, dərzimi
Dəyişəcəm qəlbimi, nəbzimi
Çəksin kanallar
Uşaq evində pulsuz konsert verirəm
Bəs onda niyə çəksin kanallar
Bunu olarsız da elımık olar
Əsas uşaqlar
Yazacam replərim olacaq diller əzbəri
Beat-lerim oynadacaq belləri
Baş əyəcəm qarşısında sərxoş kisşlərin fahişələrinin
Deyecəm hər gün efirdə
Sevirəm səni ey əziz ölkəm
Ey əziz pərəstişkarlarım
666 Mənim sms nömrəm


(Nəqarət: Qaraqan)
Hara gedir Mənim ölkəm
Bu gedişnən bilmirəm Mən
Ama yenə də ümid var
Smsler dünyanı xilas edəcək (x2)


(verse:Qaraqan)
Nəyi yazmaq olar bildik
Bəs nəyi yazmaq olmaz?
Yazmaq olmaz problərdən bu ölkədə
Hər şey yaxşıdı yaz bu ölkədə
Olmaz, deməli yazmiyacam
Yolum ulduz yoludu azmiyacam
Olmaz, demeli yazmiyacam
Yolum ulduz yoludu azmiyacam
Yazmiyacam qaçqın çadırlarındakı
Suya həsrət qalan yetim uşaqlardan
Yazmiyacam Qarabağ əlillərinin dilənməyindən
Gecə ehtiyacdan
Yazmiyacam verlişlərimiz düşüydü çoxu
Sonra ora məni cağırmazlar
Yazmiyacam seçim də pulnandı yarışlarda
Axı sonra götürməzlər
Yazmiyacam rüşvətdən
Yazmiyacam saxta seçkilərdən
Yazmiyacam başı boş gənclikdən
Yazmiyacam artan içkilərdən
Yazmiyacam Bakı-Ceyhandan
Bizə qalan oldu yeraltı keçidlər
Yazmiyacam kimlər nə qədər pul verib
Adları sildilər uçotdan
Yazmiyacam meymunlar ölkesində ancaq
Eşşəylərin var hörməti
Yazmiyacam boş verlişlərlə
Yuxusunu uzatmışıq millətin
Yazmiyacam oğlanların beynində
Ancaq qızlari bişirməydi
Yazmiyacam futbolçular qışqırır
Qələbə-qələbə! , hesab eyni
Yazmiyacam qızlar məktəb adıyla
Heyatlarini barlarda çürüdür
Yazmiyacam H.O.S.T radikal təşkilatdı
Repiylə siyasətini yürüdür
Yazmiyacam cəmiyyətimizi
Bir torbaya yığıb basdırardım diri-diri
Yazacam Azərbaycana eşq olsun
Sevinc göz yaşlarım iri-iri


(Nəqarət: Qaraqan)
Hara gedir Mənim ölkəm
Bu gedişlə bilmirəm Mən
Ama yenə də ümid var
Smslər dünyanı xilas edəcək(x2)


Tarix: 30.03.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 285 Bölmə: Host
loading...