verse: PRoMete)
Bir, iki, üç test mikrofonda!
Yenə eyni tonda!
Baritonla bass arası!
Səsdə tam həvəslə!
Sözə səs, səsə söz!
Nota od qatıb
HOSTvari gəlir bütün kəlmələr!
Gedənlər, gələnlər - nisbət nə qədər?
Nə bitər bu say, nə də azalır!
HOST axtarışdadı! Laboratoriyalarında
Nədir cəmiyyətin azarı?!
İçi boş qazanın
Səsi yaxşı çıxarır!
Yeyilib, doluyub, indi də yalanır!
Amma qazanan yenə hörmət qazanır
Biz gəldik nəsə dəyişdik bazarı.
Biz qara, biz hamı üçün deyilik!
Bizim mövzular pessimistik!
Ümid, arzu məzarı!
Məncə HOSTca gələcək!
Pis olacaq?
Baxarıq!
(Nəqarət: PRoMete)
Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidi, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemerlik!
Təsir deyil keçici!(x2)
Düz söz, HOST yaz, dost poz!
Biz yazarıq gecə-gündüz,
Sən tap sətiraltı
Mənaları yoz!
Yüz söz, HOST döz, dost yox!
Bəs kişilik, bəs mənlik, bəs qürur?!
Mən bu sözlərə tox!
(verse: PRoMete)
Qabağa getməyin sınanılmış və ən asan yolu:
Ona söz, buna söz.
Bəs siz deyirdiz albom satış üçün deyil,
İndi isə satılır HOST, bu nə söz?
Aç səhifələri, bax qəzetlər
Eliyir hər gün necə qələtlər!
Biz ildə bir dəfə konsert veririk
Ona da tapılmayır biletlər!
Ya da biletlə qapı ağzında kimsə qalır,
Amma yenə də yazır media
HOST ölüb!
Dost bu bölüm sənə maraqsızdı,
Bas stopu mən ölüm!
(Nəqarət: PRoMete)
Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidi, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemerlik!
Təsir deyil keçici!(x2)
Düz söz, HOST yaz, dost poz!
Biz yazarıq gecə-gündüz,
Sən tap sətiraltı
Mənaları yoz!
Yüz söz, HOST döz, dost yox!
Bəs kişilik, bəs mənlik, bəs qürur?!
Mən bu sözlərə tox!
(verse: PRoMete)
Nə qədər çalış, nə qədər vuruş!
Biz təbii ehtiyac, qulağa girdiy bitdi!
Gətirə bilməyəcəysən, itəcəy dözüm, duruş!
Biz musiqiyə, musiqi bizə ziddi!
Ciddi-ciddi, oxuya-oxuya edən olmuyub hələ ciddi iş!
Bizi sındırmaq üçün üzümüzə hələ bağlanacaq
Çox TV, çox verliş!
(Nəqarət: PRoMete)
Çox mövzu, çox sətiraltı var!
Mətnlər itidi, sözlər kəsici!
Çox istək, çox dinləyici qulağı!
Yox efemerlik!
Təsir deyil keçici!(x2)
Düz söz, HOST yaz, dost poz!
Biz yazarıq gecə-gündüz,
Sən tap sətiraltı
Mənaları yoz!
Yüz söz, HOST döz, dost yox!
Bəs kişilik, bəs mənlik, bəs qürur?!
Mən bu sözlərə tox!
Tarix: 30.03.2015 / 11:16 Müəllif: Aziza Baxılıb: 241 Bölmə: Host