(skit)
- Həə.. Yenə məktub yazırsan?
- Hə..
- Başa düşürəm, nə isə.. Biz bayırdayıq..
(verse:ErranT)
Canım, bәlkә yazıram sәnә son mәktubumu, titrәyir әllәrim
Buralar çox soyuq, gözümә qәnim olub, arzularım, birdə sәnin hәsrәtin
(verse:Qaraqan)
Hәr gecә yatıram mәn sәni görmәk ümidiylә
Hәr açılan sәhәr daha bir hәdiyyә bizә
Bәlkә dә bir gecә qәbrimә çiçәk bir neçә
(Nəqarət)
Cәphәlәr, sәngәrlәr, sәrhәdlәr, vәtәn torpağı
Әsgәrlәr çәkәrlәr keşiyin, vәtәn torpağın
Bu günkü dostlarım, şәhiddi sabah hәr biri
Mәktublar, şerlәr, mahnılar, bölüşür dәrdimi
(verse:ErranT)
Ana, sәnin ilıq әllәrindәn çox uzağam, ayrı düşmüşәm mәn
Qarlı dağlardan aşan dәli sellәr kimi yenә daşmışam mәn
(verse:Qaraqan)
Unutma sәn mәni, bir yaz axşamı geri dönәcәm
Bu mәnim vәtәnim, gәrәk olsa uğurunda ölәcәm
Amma kobud, әziz silah mәnә bugün yaxın qardaşımdan
Orada dostlarım, tanışlar, de onlara bir az da gözlәsinlәr
(Nəqarət)
Cәphәlәr, sәngәrlәr, sәrhәdlәr, vәtәn torpağı
Әsgәrlәr çәkәrlәr keşiyin, vәtәn torpağın
Bu günkü dostlarım, şәhiddi sabah hәr biri
Mәktublar, şerlәr, mahnılar, bölüşür dәrdimi (x2)
(verse:AiD)
Vәtәn uğuranda çәkilən hәr әzab da bir şirin yuxu idi
Sanki qurumuş hәr susuz boğazda göz yaşı dolu idi
Sanki bu döyüş bir qәdәr әziz vә hәmdә çox kobuddu
Sanki odlu silahlarla büründüm
Qanım, canım, sәnsiz yenә dә çox soyuqdu
Sanki hәr şәhidin qismәtindә bir ananın göz yaşı var
Qәm, kәdәrә indi olana quldu sanki dumanlı bir yoldu
Sanki gözünә hakim yorğun isə, qәlәbәyә ümid verәn yuxu idi
Gәldi, getdi, sanki… Gәldi, getdi, sanki…
(Nəqarət)
Cәphәlәr, sәngәrlәr, sәrhәdlәr, vәtәn torpağı
Әsgәrlәr çәkәrlәr keşiyin, vәtәn torpağın
Bu günkü dostlarım, şәhiddi sabah hәr biri
Mәktublar, şerlәr, mahnılar, bölüşür dәrdimi (x3)
Geri dönəcəm.. Geri dnəcəm.. Geri dönəcəm..
Tarix: 30.03.2015 / 10:47 Müəllif: Aziza Baxılıb: 176 Bölmə: Host