Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarımçıq Həyat

(verse: AiD)
Barmenin qarşısında iki bakal, ikisi də yarımçıq süzülüb,
Birində şərab, digərində mənim həyatım.
Düzülüb gözlərimdə səhv atdığım hər atdım, sayını unutdum,
Qolumda saat işləmir, mən artıq zamanı bıraxdım taleyin hökmünə.
Mən artıq ölmüşəm ya sabah öləcəm, fərqi nə?
Dilim də quruyub artıq, səbəbi sənlə olan son öpüş,
Geriyə atdıq, bilirdim qəmli olacaq son dönüş.
Həyat təkrarlanır, elə bil dejavu,
Şəhərin mərkəzi passaj, mənə tanışdı bu.
Əl-ələ qaçırdıq biz, elə bil tələsirik,
İndi isə bu vəziyyətdə sadəcə əsirik.
Sənin indi öz ailən var, mənimsə kiçik daxmam,
İndi mən pis vəziyyətdəyəm, gözünü çək bir də baxma.
Görmə məni bu çirkin içində,
Görəsən tanıyarsan mı məni kütlənin içində.
Düz seçim etdin, yaxşı birini tapdın,
Bizimsə sevgimizi sadəcə bir səhv bilib həyatın beşiyinə atdın.
Birgə şəkillərimizi isə, yəqin ki, çoxdan zibil yeşiyinə atdın.

(Nəqarət: Ayka)
Uzaq gəmi, bu sahildən qurtar məni, bırax uçum göylərə,
Orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib.
Hiss edib, necə düzüləcək yollara dərdlərim açılmış qollara,
Sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyıb.


(verse: AiD)
O səni aparır restoranlara, o səni gəzdirir
O hər şirin sözüylə güldürür, özünə sevdirir
O ədəbli, yerini bilən, tərbiyəli
O sənə şeir yazır, bəzən romantik, bəzənsə qəmli
O sənə hədiyyələr verir, məndən fərqli olaraq
O sənin pis, yaxşı günlərində tək bıraxmır
Həyata tam hazırdı, məndən fərqli olaraq
O bacarır düzgün dayaq olmağı, səhv bıraxmır
O əsl şəhzadə sənin xəyallarındakı
O həyatdan hədiyyə sənin röyalarındakı
O səni qorumağa hazır hər bir çətinlikdən
O səni isidir istiliklə qollarındakı
Diqqətlidi sənə qarşı, həm də çox
O çoxlu pul qazanır amma gözlərisə daim tox
Cəmiyyətdə hörmətlidi, atan, anan da çox sevir onu
Səliqəli görünüş, daim uğur izləyir onu
O mənim düşmənimdi bəlkə də yaxşı olduğu üçün
Səni mən atdıqdan sonra o səni tapdığı üçün
Mən heç bilməzdim ki, məndən də yaxşıları var
Mən heç bilməzdim ki, ciddi sevən insanlar var
Bir vaxt əyləncə idin mənimçün, vaxt keçirirdim
Özümdən çox razıydım, çox qız sınaqdan keçirirdim
Amma mən bilməzdim ki, nəvaxtsa belə olacaq
Məndən daha yaxşısı səni məndən alacaq

(Nəqarət: Ayka)
Uzaq gəmi, bu sahildən qurtar məni, bırax uçum göylərə
Orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib
Hiss edib, necə düzüləcək yollara dərdlərim açılmış qollara
Sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyıb.(x2)


Tarix: 30.03.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 345 Bölmə: Host
loading...