Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prizma

(Nəqarət: PRoMete)
Bu səhnələr aman nədir bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrafon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır, verse`lərimiz əzbərdə(x2)


(verse: AiD)
Düz məsafə mikrafonla qoy olsun hər zaman arada
Demə ki, rep yazmaq baxmır nə ağıla, biliyə, savada
Qulağın məndə indi burada amma ki, beynin hələ də havada
Dəyirman production HOST tərkibi tənqid dilimizdə hətta yatanda
Bu beat bizi fəth etdi, bizi belə dəli hərdən dirilən dərd etdi
Siz çox zamanı yalanın tavanından asıb dediz bizi mərd etdi
Biz həm sərt, həm yumuşaq mətn
Beyinlər qurban, tracklər qətl
Kim düz sözə görə bizi sevdi, kimə çox girdi ki, nifrət etdi
Lütdən gəz, damara narko, bura Avropa, bizə embarqo
Düz stil qalstuk, kostyum Lacoste
Beyinə gəlir ağıl via kargo
Kim çılğın, kim özünü gözə soxur
Kim "ağıllı uşaq" daim sözə baxır
Kim iylənib, çox-çox pis qoxur
İçindəki zibil burnundan axır
Kim söz üstə, kim səhv üstə
Kim qatil, kim cəmiyyət üstə
Kim haqq-ədalət, kim şər üstə
Kim var-dövlət, kim pul istər
Yarımçıq fikirlər arxasında qalan həqiqətlər mənə doğmadı
Amma mənim özümə güvənim mənim ümidimi, dar günümdə də tək bıraxmadı

(Nəqarət: PRoMete)
Bu səhnələr aman nədir bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrafon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır, verse`lərimiz əzbərdə(x2)


(verse: AiD)
3 il staj, yüzdən çox track
Çox sayda görüş, bir neçə konsert
Ətrafda yüzdən çox HOSTçu vaxt keçdikcə üzə çıxdı
Kütlə arasından dolğun baxışlar, seçilir lap min nəfər olsa da
Bataqlıqdan da yer üzünə çağırışlar hədəfə çatdı yaxadan tutsa da çoxu
Bu izahatdı, deyil fəxriyyə
İstədiyimiz düz tərbiyə
Səhv beyinlər səhv yerə yozdu
Bir neçə düz beyin vardı fərqinə
Hater`lərə biz çox fora verdik
Uşaq-muşaqları daim yola verdik
Düşmənlərlə qol-qola verdik,onların içini yaxından bilməkçün
Kütləmizdən istifadə, ağlınızdan belə keçirtməyin
"HOST gəncliyinin sayı azalıb?" bunu arzulamaqdan belə vaz keçin
Bizə gərəkdi sağlam ruhlu gənc
Mütaliə, mənəvi inkişaf
Keçmişində olubsa belə iyrənc yol
Bağışlanar etsə etiraf
Tap paradoks bizim sətirldə
Öldür vaxtını bizim mətnlərdə
Sən yerində say biz gedək irəliyə
Xırdala keçmişi biz-yol gələcəyə
Sən qoy tərəziyə sağ yol, sol yol
Hesabla hardadı mənfəət
Qaradaqirmizi.com, "Track sözləri"
Bax bil ki, ordadı səltənət

(Nəqarət: PRoMete)
Bu səhnələr aman nədir bilmir
Açılır pərdələr, alın təri kəsilmir
Mikrafon əllərdə, sözlərimiz dillərdə
Üzümüz az tanınır , verse`lərimiz əzbərdə(x2)


Tarix: 30.03.2015 / 11:07 Müəllif: Aziza Baxılıb: 476 Bölmə: Host
loading...