Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yox Meydan

Nəqarət:Miri Yusif)
Aç gözünü sus dost dinlə
Yenə qarşıda boş boş günlər
Yenə efirdə sarı bülbüllər
Qara qarğalara, yox meydan (x2)

Aç gözünü sus dost dinlə
Bu nə yaxşılıqdı sonu minnət?
Bu nə basabas adı olub millət?
Xəyanətə bais iblis insan!


(verse:Qaraqan)
Hər sözü süzgəcdən keçirərək,
Əzbərlədik dərsləri köçürərək!
Göz qorxusu itəcək döyülərək!
Sevgi zirvəsinə qalxırsan söyülərək!
Hörmət qələmdi, həyatımız imtahan
Pul günəşdi qalan hamı günəbaxan!
Nə qədər çox, o qədər parlaqdı.
Amma biz tikanıx bizə xoş zülmət!
HOST hücuma! Hərə bir tərəfdən yapışsın!
Gəl bu sistemi didək!
Qara buludlar, günəş palçığa qarışsın!
Siz ağlıyın bizdə güləy!
Yenə də geridə qoyaraq, söz ürəyinə dolaraq
Öz vicdanını qovaraq,
Euro dəyişir dollara!
Demə sözü soz gəlişi, susmaq olacaq vərdişi
Sən bir baxginan bunlara, qul olublar ki pullara!

(Nəqarət:Miri Yusif)
Aç gözünü sus dost dinlə
Yenə qarşıda boş boş günlər
Yenə efirdə sari bülbüllər
Qara qarğalara, yox meydan!
Aç gözünü sus dost dinlə
Bu nə yaxşılıqdı sonu minnət?
Bu nə basabas adı olub millət?
Xəyanətə bais iblis insan!


(verse:Qaraqan)
Replə fəlsəfə arasındakı uçurumdan,
Çəkirəm eyni rəsmi fərqli rənglər üsulunnan
Bizi siz dəyişmədiz, indi kimi gözdüyürsüz?
Bizə pis deyib üzdə gizlicə dinliyirsiz!
Qulaglar HOSTlaşdı, geyimlər HOSTlaşdı, Forumlar HOSTlaşdı, beyinlər HOSTlaşdı!
Bu xəstəliy yayılır telefonlardan iPod-dan!
Keçir havadan sudan, keçir torpaqdan oddan!

İnsanlar vəhşiləşdiycə biz
Dinlətdiy!
Bu da bizim dərsimiz!
Biz düz söz birdəki dərdimiz
Hər bizə nifrət eliyən bizim fəxrimiz!

Fanatla HOSTçular arasında sərt çəkdik!
Biz bir çox mövzular üzərindən xətt çəkdik!
Kim deyir xərc çəkdik,
Biz bura qalxmaqçün,
Kimlərsə çiçək çəkdi,
Amma biz dağ çəkdik!

(Nəqarət:Miri Yusif)
Aç gözünü sus dost dinlə!
Yenə qarşıda boş boş günlər!
Yenə efirdə sari bülbüllər
Qara qarğalara, yox meydan!
Aç gözünü sus dost dinlə
Bu nə yaxşılıqdı sonu minnət?
Bu nə basabas adı olub millət?
Xəyanətə bais iblis insan!


(verse:Qaraqan)
Saxta gülüşlər və saxta necəsənlər.
Dünənki çobanlar bugün danışır MSN`nən
Görəsən nə öyrənib görəsən nə götürəsən
İçini dəyişmiyib çölünü dəyişən bu cəmiyyətdən?
Xaricdə təhsil tapıb əxlaqını itirən qızlar,
Tanımıyıb öz bacısına arxadan söz atan gənclər!
Bakı pozulub bu gün sabah pozular Gəncə!
Görəsən başıvı götürüb qaçasan hansı kəndə?


(verse:Miri Yusif)
Dur! Bəsdi bu qədər ağır mövzular!
Axı sonra bizi dinləməzdər qızlar,
Bu mahnıya rəqs eləməzdər klubda!
In da club, baby bizə lazim in da club


(verse:Qaraqan)
Yüngül mövzular, açıq aydın maskarad!
Milətin beyninə lazımdı plasktik əməliyyat!
Zəhlən gedir HOSTdan?
Zövqünə uyğun gəlmir?
Onda niyə bu treki axıra kimi dinlədin?

(Nəqarət:Miri Yusif)
Hahahah..
Aç gözünü sus dost dinlə
Yenə qarşıda boş boş günlər
Yenə efirdə sari bülbüllər
Qara qarğalara, yox meydan!
Aç gözünü sus dost dinlə!
Bu nə yaxşılıqdı sonu minnət?
Bu nə basabas adı olub millət?
Xəyanətə bais iblis insan!


Tarix: 30.03.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 559 Bölmə: Host
loading...