Yığışdıq dostlaşdıq - hərflərlə baş başa
Öyrənirdik dəydikcə - hər dəfə baş daşa
Qrimdən dərimiz korlanırdı oynamalıydıq
Axı biz aktyorlarıq - həyat ömürlük tamaşa
Oynamağla bitmirki - gərək bəyəndirək də
Maddi durum düzəlmirki - quru ürəy-dirəylə
Amma hərdən kağız pulda olur aciz
Yerlə yeksan olur hər şey bir küləylə
Dost bil buralara gəlmək üçün çox diş tökdük çox dırnaq
Rahat görünürük amma inanki elə də asan deyil ayaqda durmaq
Sifətdə cırmaq çoxalır gündən günə sümürülür arteriyalar
Ətraf anti-sanitar - zərərverici bakteriyalar
Gücünü yığ, ayağa dur - olma hərkəsdən biri
Seç ya tapdağ altda öləcəysən - ya əzab və diri
Bizə çox az yol göstərən olub bu yollarda
Çoxunu yıxıla-yıxıla öyrənib PRoMete və Miri
(Nəqarət:Miri Yusif)
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır)
Bura bakıdır burda nə dəbdə bu bəlli (bura bakıdır)
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır)
Bura bakıdır burda bəndələr fərqli (bura bakıdır)(x2)
(verse:PRoMete, Miri Yusif)
Elə-bil nə isə səhv gedir - küçələrdə toz dolu
Sök-tik tik-sök - bezdirdik biz yolu
Bəhs-bəhsdi bəlkə bəsdi no parking
Yer yoxdu bu şəhərdə - hər kəsin bir rolu
Hələdə uzanır əl hələdə ehtiyac boşdu cib
Hələ də küçədə var tində bacada qıza sözə atan tip
Təhsildən kitablardan xəbərsizlər - var hələ də var
My brain is working, my heart is so deep
Cəhənnəmini yaşamışıq biz - necədi cənnətin dadı
Kiminçün cənnət bir loxma çörək - ya da ki daxmadı
Baxmadıq hər çağıran səs qeyb olanda anladıq ki
Etdiyimizə səhvlərə görə necə də axmağıq
Hər bir şeyə qiymət qoyduğ - yaşamağa da vergi var
Haqsızlıq çoxdu amma - namazlarda cərgə dar
Ürəklərdə buzqabılar, qulaqlarda dəmir qapılar
İnsanlarda indi içdə yaranan qəribə şübhə var
(Nəqarət:Miri Yusif)
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır)
Bura bakıdır burda nə dəbdə bu bəlli (bura bakıdır)
Bura bakıdır bura şərqdir və qərbdir (bura bakıdır)
Bura bakıdır burda bəndələr fərqli (bura bakıdır) (x2)
(verse:Miri Yusif)
Şeytan bizdən çəkinir biz şeytanı da azdırarıq
Xəyallar üçün küçədə qəbirləri qazdırarıq
Bizə şərt qoyanın şərtin şumda kəsdirərik
Gücümüz çatmayan yükü mətnlə qaldırarıq
Tarix: 30.03.2015 / 10:43 Müəllif: Aziza Baxılıb: 184 Bölmə: Host