Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəlkə Də Nə Vaxtsa

(skit)

(Nəqarət: Ayka, AiD)
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim(x2)


(Verse: AiD)
Yaşamağa həvəs yoxdu həyat əzbər bildiyim film
Sonda soruşsalar ki, necə yaşadın bilmirəm nə deyim
Həyat testlə tərs, daha pis 1 səhv 4 düz aparır
Hər bir yalan insandan daha neçə üz aparır
Kim gündüz darıxır, qaranlıq həsrətində
Üzündə nur yaranır sevgiyə nifrətində
Nə vaxtsa uçanda düşündüm ki, qanadım olarsan
Mən indi səmadayam, amma yıxılıram
Bəlkə də saraydayam, amma sıxılıram
Bu dünya hələ də nəsə demək istəyir, amma anlamıram
Getmək çox çətindi camaata əks tərzdə
Amma yenə də heç bir ümidi kiməsə bağlamıram
Bitir ot daş üstündə, bu əzmin nümunəsi
Quruyub yaş gözündə, bu dərdin büruzəsi
Açılar bəşəri sirlər hamıya şübhəm yox
Bəlkə də nəvaxtsa, amma bu gün yox

(Nəqarət: Ayka, AiD)
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim(x2)


(Verse: AiD)
Həyatdan alınan yaraları sağaltmaqdı indi tək maraq
Qisas hissi ürəyi bürüyür sevgini aldadaraq
Kim bilir kimin içini,dostunun dünyasını
Həyat gedir, günləri zaman odunda yandıraraq
Başımızı qaldıraraq istəyirik kömək göydən
Çünki uzaqdayıq özümüz öz ürəyimizdən
Bir qədəh iki əldə, ciddi səbəb durub öndə
Dərdləri unutmaqçün, gedirik özümüzdən
Bəlkə də yalan deyil dünya
Sadəcə hərənin öz həqiqəti
Kiminsə doğrusuyla kimsə razı deyil qəti
Şəkər və duz gətir
Bəlkə onunla dəyişdik həyatın ləzzətini
Kiminsə iç üzünü aç, artırıb şöhrətini
Ya da ki əlindən al bütün var-dövlətini
Danışacaq susanlar da bir gün şübhəm yox
Bəlkə də nə vaxtsa, amma bu gün yox

(Nəqarət: Ayka, AiD)
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim(x4)


Tarix: 30.03.2015 / 11:09 Müəllif: Aziza Baxılıb: 468 Bölmə: Host
loading...