Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərhədlər Var

(skit: PRoMete)
Buzxanalar indi insanlardan soyuğluğun formulunu öyrənir
Münasibət qurmağ yox, münasibət qırmağ erasında yaşayırığ
Siz də soyuqdan donmamış üstüvüzə qalın bir şeylər geyinin
Az gəlsə birazda qalın,az gəlsə birazda qalın …

(verse: PRoMete)
Boş daxmaların qıfıllarınnan
Araba düzəldib yola çıxdım
Xoş anamın sığallarınnan
Ayrılıb yollarda yoxa çıxdım

(Nəqarət: PRoMete)
Arzular çox böyük amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı acı gerçəklar var (x2)

(verse: AiD)
Hər günü eyni yaşamağdan bezdim
Vərdişləri qırmağa başladım
Oturmağdan yorulmuş ayağları
Gəzməynən yormağa başladım
Yol cızdım özümə
Mənə cızılan yolları pozmağa başladım
Və anladım ki gec qalmışam 2008 il
Elə bu annan qaçmağa başladım

(verse: PRoMete)
Mən özümü itirdim bu yollarda
Məni tapın anama verin mənimi
Deyin özü də gələcəy
Sərhədləri silərəy
Əsən hər küləy
Gətirəcəy lələy

(Nəqarət: PRoMete)
Arzular çox böyük amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı acı gerçəklar var (x2)

(verse: AiD)
Mən sənin ümidivin baş hissəsi
Sən yaralarından aralana bilmədin
Dən düşəndə ağaran saçlar
Səni qara baxışdan uzağda qoymadı
Sən qızıl qəfəsin içində bülbül
Endiyin dərələrə zirvələr endi
İtdi bitən ömrüvün səs sorağı da
Qara ləkə sayılır sərhədlər indi

(Nəqarət: PRoMete)
Arzular çox böyük amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı acı gerçəklar var (x2)


Tarix: 30.03.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 264 Bölmə: Host
loading...