(Nəqarət: Qaraqan)
Vurduqca nəbzim,Döyündükcə qəlbim,
Sənin gözlərini təsvir edir qələmim
Sən mənim dərdim.
Mənim şeytanım və mələyim
Sən mənim dərdim.
Qaytarırsan qırılmış ürəyi
Qırıldıqca qəsrim,bəsdi vurdun bəsdi
Qəlbimi sındırdın qaldı təkcə bədənim
Sən mənim dərdim
Mənim şeytanım və mələyim.
Sən mənim dərdim.
Sənə qəlbi qırıq mı vermişdim?
(verse:Qaraqan)
Payızın göz yaşlarıydı döyürdü pəncərəmi
Sonra qucaqlıyıb ruhumu mən evdə gizləndim.
Sonra bağlı qapısı döyüldükcə otağımın susurdum.
Sonra gözlərin dənizlərində balığlar üzürdü.
Səhifələr qutardı,həyat kitapçam boş artıq
Ağlamaqla bitmir dərdlər,ağlamaqla onlar artır.
Zaman don!
Tək qalanda dostların içində özgə
Amma gizləndikcə içimə özümü tək qalanda tapdım
Sənin gözlərin də ağlıyırdı səssiz
Günah məndədi bir nəfər göstər səhvsiz
Sınıq budaqlar üçün artıq küləy əsmir
Qalın geyin bir təhər keçirək fəsli
Bizim aramızda yüzminlərlə pərdə
Mənim divarlarım tab gətirmir dərdə
Mənim tənhalığım oldu ən yaxın dost
Mənim yaddaşımdan ağrılarımı poz. HOST.
(Nəqarət:Qaraqan)
Vurduqca nəbzim,Döyündükcə qəlbim,
Sənin gözlərini təsvir edir qələmim
Sən mənim dərdim
Mənim şeytanım və mələyim
Sən mənim dərdim
Qaytarırsan qırılmış ürəyi
Qırıldıqca qəsrim,bəsdi vurdun bəsdi
Qəlbimi sındırdın qaldı təkcə bədənim
Sən mənim dərdim
Mənim şeytanım və mələyim
Sən mənim dərdim
Sənə qəlbi qırıq mı vermişdim?
(verse:Qaraqan)
Gülüşün arxasında hansı hisslər gizlənib
Yenə çirk palçığın üstünü örtdü qar
Çox işıq salma mənim qaranlığım hirslənir
Arxamca attığın daşlardı yadigar
Həyatı tozlu döngələrdə keçirdikcə
Mən sənin qiymətini bildim itirdikcə
Sənin saraylarında daha neçə şəhzadə
Atılmış oyuncaq olacaq sən bezdikcə
Sənin gözlərində yoxdu artıq sevgi
Onlar qaçır görüşdükcə gözlərindən
Sənin həyat kitabın bəlkə boş qalardı
Əgər mən olmasaydım ilk səhifəsində
Məni unutmuş dostlarımla gəldim üzbəüz
Hardasız dostlar?Bu mənəm. Qaraqandı!
Amma tanımıyıb onlar yanımdan keçdilər.
Həyatdan təkcə yorqunluq bizə qalandı
Beləcə ötürürdü keçmişə günləri
Küləy süpürürdü keçmişin küllərin
Sən də tullamışdın verdiyim gülləri
Noldu sənə nə tez unutdun gülməyi. Gülüm.
(Nəqarət:Qaraqan)
Vurduqca nəbzim,Döyündükcə qəlbim,
Sənin gözlərini təsvir edir qələmim
Sən mənim dərdim
Mənim şeytanım və mələyim
Sən mənim dərdim
Qaytarırsan qırılmış ürəyi
Qırıldıqca qəsrim,bəsdi vurdun bəsdi
Qəlbimi sındırdın qaldı təkcə bədənim
Sən mənim dərdim
Mənim şeytanım və mələyim
Sən mənim dərdim
Sənə qəlbi qırıq mı vermişdim?
(verse:Qaraqan)
Sevgi də körpələrtək doğulur ağrılarla
Amma son nəfəs də son ümiddə səssiz
Mən artıq yox oldum zülmətdə qarğalarla
Mənim azadlığım bu gündən artıq sədsiz
Qaralanmış şimal küləkləriylə əsdim
Mən artıq uçub getmişəm bu dar qəfəsdən
Sənə olan sevgimi əllərimlə boğdum
Dedim gəl dost olaq dedin əlvida.
(Nəqarət: Qaraqan)
Vurduqca nəbzim,Döyündükcə qəlbim,
Sənin gözlərini təsvir edir qələmim
Sən mənim dərdim
Mənim şeytanım və mələyim
Sən mənim dərdim
Qaytarırsan qırılmış ürəyi
Qırıldıqca qəsrim,bəsdi vurdun bəsdi
Qəlbimi sındırdın qaldı təkcə bədənim
Sən mənim dərdim
Mənim şeytanım və mələyim
Sən mənim dərdim
Sənə qəlbi qırıq mı vermişdim?
Tarix: 30.03.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 349 Bölmə: Host