(verse: AiD)
Mən bəzən düşünürəm ki, biz həyatdan filmə baxırıq,
Yoxsa filmdən həyata, kainat çox qəribədir.
Nağıllar verir marağ ümüdsüz camaata,
Bir neçə saata sökülə bilər ömür boyu tikilən etibar qapısı.
Cənnətə yol cızanların bağlanar qapısı,
Bir günlük ferz fatihəyə qədər bağlı qapılar mənə dərd verər,
Barmağında arzuları qatla hərkəsin öz seçimi var həyatda.
Qapılar arxasındakı çapığlar, qarşı tərəfin etiraz hissləri,
Yaddaşımda qorxunc fikrilər hər yeni gün keçmişi gizlədir.
Mən bəzən fikirə gedəndə, gözlərim yol çəkəndə,
Gecə vaxtı aya baxanda, yuxulu yada ki, oyağ qalanda,
Hər beynin öz düşüncəsi, hər ürəyin sevinci, kədəri var.
Kim dünyasını dəyişmək istər, hər dünyanın öz dərdi var.
(Nəqarət PRoMete)
Çığırdım, bağırdım qapı bağlıdı, qapı bağlıdı
Əllərim uzağa qaldı qapı bağlıdı, qapı bağlıdı
Qırxıncı qapı, qırxıncı qapı...
(verse: PRoMete)
Bizi nağıllarla böyütdülər ki, həyat asand görünsün bizə,
Gücümüz çatanlar cırtdan oldu, bizdən güclülər döndü divə.
Və bir gün böyüdük baxanda, gördük ki, həyat daha da qəddar,
Bizi bağlıyıb dörd divarlara, bizi bağlıyıb dörd divarlı evə.
Gücümü yığaraq bu divarı aşacam, axtarıb hardasa mən açarı tapacam.
Önümü kəsən qorxulu divi öldürüb, açarla qırxıncı qapını mən açacam.
Gücümü yığaraq bu divarı aşacam, axtarıb hardasa mən açarı tapacam.
Önümü kəsən qorxulu divi öldürüb, açarla qırxıncı qapını mən açacam.
(Nəqarət: PRoMete)
Çığırdım, bağırdım qapı bağlıdı, qapı bağlıdı
Əllərim uzağa qaldı qapı bağlıdı, qapı bağlıdı
Qırxıncı qapı, qırxıncı qapı...(x2)
Tarix: 30.03.2015 / 10:42 Müəllif: Aziza Baxılıb: 209 Bölmə: Host