Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni Azad Edin

(verse:AiD)
Qədim küləklər diyarı, bu gün fontan şəhəri,
Cəmiyyətin ideologiyası, pul çox olsun dərdi,
Boş küçələrə vakansiya, əlini aç, dilən gecələri,
İşlə səhəri, zəhərli sözlərdən məni azad edin..
Bu dünya bir teatr və əsas qəhrəmanlar,
Marianet corc buşlar və saxta klintonlar,
Partladı göydələnlər, doğuldu Hiltonlar,
Yalanlar, yalanlar, məni azad edin..
Planetimiz açıq fəzada, özümüz amma qəfəsdə,
Siz süvari, biz piyada, gücümüz, amma çox üstdə,
Axar axına tərs, əsil tənqid olan söz istə,
Biz verərik, saxta tərifdən məni azad edin..
Ölkəmizə də günəş düşür, amma hələki qaranlıqdı,
Verilən vəd və islahatların ömrü cəmi bir aylıqdı,
Kim yaşayır villada, kimdə dəmir barmaqlıqdı,
Sıxılır ürəyim, bu dəhşətdən məni azad edin..


(verse:Adb.Malik)
Məktəb qızları maşınlara göz eyliyir,
Sonra Dubay ağlayır, Bakımız gülümsəyir,
Bir cüt zina edib, Valentini bizik qeyd edən,
İndi Playboy çox oxunur, nəinki Quran..
Fahişələr və mavilər olur xalq artisti,
Bədnamlıqdan lap yerə soxdum başımı,
İncəsənətə çobanlar qiymət verir,
Müəllimin maaşı yalnız metro jetonuna çatır..
Qonşu arvadı şalvarda, qaldıq söyə-söyə,
Öz evimizdə isə yubkalar dəymir gözə,
Eşq olsun vətənpərvər oğullarımıza,
“Ya Qarabağ, Ya ölüm” dedik güzgümüzə..
Xadimə işləyir ali təhsilli qızlarımız,
Küçədə dilənçi durub Qarabağ əlillərimiz,
Əkə’lər göydələndə, ziyalı daxmada qalır,
Bunu ismətim mənə deyir və məni didir..

(Nəqarət)
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək qıram, qıram..
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstərəm səma kimi, günəş kimi, cahan kimi..


(verse:PRoMete)
Mən Əl Qaidə, ya kimdi Fidel Kastro,
Kimlər oturub Ağ Evdə, kimlər alkatrasda,
Əhəlləşmiş pressa kiminçün biznesklasdı,
Yenə də kastalar, maskarad, məni azad edin..
Məktəblər, ayaqyolları, dəhlizlər,
Yetimlər, kütləvi aclıqlar və pəhrizlər,
Yekəqarın avtolarda tobbuş rəislər,
Arvadları evdə, yanlarında fahişələr..
Yekəlir dodaqlar, villalar və snikerslər,
Milçəklər də KQBdəndi, hər yer ştirleslər,
Peyğəmbər də gəlsə, çıxacaq şou-biznesdən,
Supermen, betmen, terminator, məni azad edin..
Söndürün televizorları, sındırın radioları,
Kimdi oyuncaq siyasətin super marioları,
Şəffaf qutularda gizlənən şəffaf yalanların,
Şəffaf türmələrindən, məni azad edin..


(verse:L-Mir)
Mənim düşüncəm tam fərqli,
Mənim gecə yuxularım rəngli,
Çalınan havadan asılı deyil fəslim,
Mənim aləmimdə başqadır iqlim..
Mənimçün hər cür ölüm var, təslim yox,
Bu döyüşdə təlim yox, müəllim yox,
Ümidim sönmədən, ölmədən, beynim çönmədən,
Məni azad edin, sizlərə dönmədən..
Məni ayırd edin qara ləkələrdən,
Allaha qoşulan lətifələrdən,
Məni uzaq edin abırsız gənclərdən,
Məni kənar edin şöhrətpərəst həcilərdən..
Məni xilas edin savadsız həkimlərdən,
Məni sərbəst edin qeyri-obyektiv seçkilərdən,
Məni rədd edin Pulversitetdən..
Bacarsaz məni yox edin bu planetdən..

(Nəqarət)
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək qıram, qıram..
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstərəm səma kimi, günəş kimi, cahan kimi..


(verse:Qaraqan)
Mənim adım müsəlman, terrorist 3-cü Dünya,
Mənim adım qara millət, neftə bulaşmış qullar..
Mən işdən evə əliboş gəlmiş atanın intizarı,
Mən oğlanların pozduğu qızların intiharı..
Mən şikəst Qarabağ əlili, polisin altında,
Mən rəis, neçə çadır var kreslomun altında..
Mən üstündə villalar tikilən başdaşları,
Mən içkili atadan qorxan uşağın göz yaşları..
Mən hər gün basabasda, illərlə dayanacaqda,
Mən başıboş tələbə deputat oyuncaqları..
Mən oxunmayan Quran, mən partladılan məsçid,
Mən Kukla teatrı, ya da ki, Milli Məclis..
Məni azad edin, bədəndə ruhuma zindanam,
Məni azad edin, özümə qarşı son üsyanam..
Mən qanı yerdə şəhid, mən çoxdan ölmüş canam,
Mən Azərbaycanam, Mən Azərbaycanam..


(verse:Miri Yusif)
Böhtan yuvasında sönübdü millət,
Ayzberq halında donubdu millət,
Tapdalanıbdı haqqımız, tapdalanıbdı hörmət,
Tapdalanıbdı saqqalımız, tapdalanıbdı qeyrət..
Haqsızlıq kölgəsi həmişə bizi güdür,
İstəyirsən fəhlə ol, istəyirsən müdür..
Bəzən vicdansız başçılar idarə edir bizləri,
Küçük kimi yaltaqdırlar, yeyilib yerdən dizləri..
Ağıl başı tərk edibdir, başda qalan bütdür,
Bir-birimizdən ət yesəkdə yerdə qalan sümükdür,
İrəlidə məhkəmədir, icradır, gömrükdür,
Sözüm yükdür, tək qalacam altında,
Amma.. Sora da sən, sora da o,
Sora da biz, sora da siz,
Sora da yaş, sora da qətl,
Sora da yas, sora da dəfn,
Sora kəfən, yenə də mən,
Sora da səs, sora da kəs,
Məni azad edin bunlardan, kəsilir nəfəs,

(Nəqarət)
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək qıram, qıram..
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstərəm səma kimi, günəş kimi, cahan kimi.. (x2)


Tarix: 30.03.2015 / 10:50 Müəllif: Aziza Baxılıb: 245 Bölmə: Host
loading...