(Nəqarət:Qaraqan)
Gəl dost olaq.Bircə mahnılıq qal mənimlə
Sənə danışacam dərdlərimi
Sənə danışacam hər şeyi mən!Hər şeyi mən!(x2)
(verse:Qaraqan)
Onun ağarmış saçları tökülür üzünə
Həyatının payız fəsli sona çatmaqdadı
Gözlərinin içində gizlənir min bir kədər
Həyatı min bir gecə günəşi batmaqdadı
Əzilmiş köhnə palto, cırılmış ayaqqabı
Qızının köhnə əlcəklərini geyinir tənha qadın
Ərinin baş daşıyla o gedir görüşməyə
Axı onu ondan başqa həyatda hamı atıb
Altmış manat pensiya bu da Allahdan kömək
Bu pula ne olur yaşamaq,nə də olur ölmək
Amma əsas deyil pul, istiyir doğmaların
Artıq onbeş ildən çoxdu görmür nəvələrin
O hər gün səhər tezdən dəniz kənarı parkda
Qurumuş çörəklə yedizdirir sərçələrin
Həyatın səhnəsindən onu çoxdan atıblar
Teatr boşaldıqca tökülür pərdələri
Onunla üzbəüz gözləri yorğun kişi
Dodaqlarında çat həyatı yanlız işi
İçir çəkir və içir,içir ki unuda bilsin
Çəkir ki ciyərlərdə göz yaşını quruda bilsin
Evə əliboş getmək uşaqların gözləri,
Onun ürəyini parçalayır iynələr tək
Arifin beş yaşı var,Toğrulun artıq səkkiz
Ama ki ağlıyırlar gecə gündüz körpələr tək
O baxır ağbirçək qadının gözlərinə
Mavi gözləri uzun illər öncə bozarmışdı
Qadının cırıq əlcəklərinə baxan cavan xanım
Bütün gecəni ağlamaqdan gözlər qızarmışdı
O onu aldatmışdı,Tələbəlik illəri,
Bu qızın yaddaşında yalanlarla həkk olundu
Nəyə görə onun qeyri adi gözəlliyi
Xoşbəxtlik gətirmək əvəzinə ona dərd olurdu
Çantada şəkilləri,aparıb qaytaracaq
Oğlanın qara gözlərinə bir daha baxacaq
Zamanın naxışları bu ömür xalçasına
Daha bir neçə düyüm bağlıyacaq,rəng atacaq
Aysel inanmırdı ki nağılların olur sonu
Yalandan sevmirəm desə də sevəcək onu
İçəridə çox istidi amma titriyir əllər
Bəlkədə Ayselin hıyatında zaman donub
Onunla üzbəüz oturub cavan oğlan
Üzünün cizgiləri hardansa tanış gəlir
Onun içində zülmət,onun içində üsyan
O bilir qarşıdan səhralara yağış gəlir
Cibində köhnə kağız,yanında qırıq qələm
O baxır diqqətlə insanların gözlərinə
Siz onu tanıyırsız, O oğlan elə mənəm
Elə bu dəqiqə yazdım bu mahnının sözlərini
Qarşımda cavan bir qız,yanında yaşlı qadın
Mənnən sağ tərəfdə isə sərxoş bir kişi oturub
Biz tamam yad insanlar,biz tamam yad insanlar
Amma ki metroda qatarlar bu cür qurulub
Gözümüzü qaçırdırıq qorxaraq insanlardan
Onlar öz tənhalıqlarını baxışlarda boğur
Gəlir növbəti stansiya burda mən düşməliyəm
Ürəyim qalmaq istiyir, ayağlarım qovur
(Nəqarət:Qaraqan)
Gəl dost olaq.Bircə dayanacaq qal mənimlə
Sənə danışacam dərdlərimi
Sənə danışacam hər şeyi mən!Gözlərimdən(x2)
Posted by vuqar.hosted at 02:19
Tarix: 30.03.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 669 Bölmə: Host