Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəkat və həccə aid seçilmiş hədislər

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Malının zəkatını verdiyin vaxt, şübhə yox ki, üzərinə düşən vəzifəni etmiş olarsan” (Sünəni-Tirmizi, Kitabuz-Zəkat, Hədis ? 614).

• Bir nəfər Peyğəmbərimizə (s.ə.s): “Ya Rəsulullah! Zəkatdan başqa (malım haqqında) üzərimə düşən başqa bir şey varmı?” deyə soruşanda, Rəsulullah (s.ə.s), ona; “Xeyr, Ancaq könüllü olaraq verərsən o başqa” cavabını vermişdir.

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, Allah bir kəsə mal verdiyi halda o malın zəkatını verməzsə, zəkatı verilməyən mal, qiyamət günündə sahibi üçün, çox zəhərli, erkək bir ilan surətinə qoyular. Bu ilanın iki gözü üstündə iki nöqtə vardır. Bu azğın ilan qiyamət günündə mal sahibinin boynunda boyunbağı olacaq. Sonra ilan, sahibinin çənəsini iki tərəfindən tutub, “mən sənin malınam, mən sənin xəzinənəm” deyər. (Səhihi-Buxari, Babü Vücübüz-Zəkat, c.2.səh.110-111)

• İbn Şümamə əl-Mehridən (r.a) rəvayət edilir: Əmr ibn As ölüm xəstəliyində ikən onun yanına getmişdik. Əmr ibn Asl, Rəsulullahın (s.ə.s) belə buyurduğunu söylədi: “Həqiqətən İslam (müsəlman olmaq,) özündən əvvəlki günahları yox edər... Həcc də özündən əvvəlki günahları yox edər.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis ? 121.)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim, Allah rizası üçün həcc edər, bu əsnada çirkin sözlər söyləməz, günah və pis bir hərəkət etməzsə, o kəs, anadan yeni doğulmuş kimi tər-təmiz, günahsız bir halda geri dönər” (Səhihul-Buxari, Kitabul-Həcc, c.2, səh. 141)

• Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) bizə bir xütbə etdi və “Ey insanlar! Allah Təala, üzərinizə həcci fərz qıldı. Həcc edin.” buyurdu. Bundan sonra bir nəfər; “Hər ilmi, ya Rəsulallah:” deyə soruşanda, Peyğəmbərimiz (s.ə.s) sükut etdi. O nəfər də sualı üç dəfə təkrar etdi. Sonra Rəsulallah (s.ə.s) belə buyurdu: “Əgər mən (bu suala cavabən) “bəli” desəydim, hər il həcc etmək mütləq vacib olardı və sizin buna əsla gücünüz yetməzdi.” (Səhihi-Müslim, Kitabul-Həcc, Hədis ? 1337)


Tarix: 26.04.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 389 Bölmə: Hedisler
loading...