Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN GÖZƏL NÜMUNƏ PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD (sav) 11-19 hədislər

ELM MƏCLİSLƏRİNİN FAYDALARI


11.«Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan (bu qadağan əmri) sənə unutdursa, xatırlayandan sonra o, zalim tayfa ilə bərabər oturma». (əl-Ənam 68). «Allah Quranda nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o, vaxt siz də onların tayı olarsınız». (ən-Nisa 140).
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allahın yer üzündə yolları dolaşıb zikr əhlini (məclislərini) axtaran bir qrup mələkləri vardır. Bu mələklər İzzət və Qüdrət sahibi olan Allahı zikr edən bir topluluğu tapdıqda bir-birlərinə: «Gəlin, axtardıqlarınız buradadır!» deyə səsləyirlər və zikr əhlini (məclisini) dünya səmasına qədər qanadlarıyla əhatəyə alırlar. (Zikr əhli Allahı yad edib qurtardıqdan sonra mələklər səmaya qalxarlar) Hər bir şeydən xəbərdar olan Allah – subhənəhu və təalə – onlara: «Qullarım nə haqda danışırdılar?» deyə buyurar. Mələklər: «Onlar Səni TƏSBİH (SUBHƏNƏLLAH ) edirdilər, Səni TƏKBİR (ALLAHU ƏKBƏR) edirdilər, Səni TAHMİD (ƏLHƏMDULİLLƏH) edirdilər və Səni təzim edirdilər!» deyərlər. Allah: «Məgər onlar Məni görüblərmi?» deyə buyurar. Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Səni görməyiblər!». Allah: «Əgər onlar Məni görsəydilər necə?». Mələklər: «Əgər onlar Səni görsəydilər Sənə daha çox ibadət edər, Sənə daha çox təzim edər və Səni daha çox təsbih edərdilər». Allah: «Onlar Məndən nə istəyirlər?». Mələklər: «Onlar Səndən Sənin Cənnətini istəyirlər!». Allah: «Onlar Mənim Cənnətimi görüblərmi?». Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Sənin Cənnətini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cənnətimi görsəydilər necə?». Mələklər: «Əgər onlar Sənin Cənnətini görsəydilər onu qazanmaq üçün daha həris, daha istəkli və daha rəğbətli olardılar! (ora düşmək üçün)». Allah: «Onlar nədən sığınmağa çalışırdılar?». Mələklər: «Cəhənnəm atəşindən!». Allah: «Məgər onlar Mənim Cəhənnəmimi görüblərmi?». Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Sənin Cəhənnəmini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cəhənnəmimi görsəydilər necə?». Mələklər: «Əgər onlar Sənin Cəhənnəmini görsəydilər ondan daha çox (sənə) sığınar (qaçar) və daha çox qorxardılar!». Allah: «O, halda sizlər şahid olun ki, mən onları bağışladım!» deyə buyurdu. Bu an mələklərdən biri: «Onların arasında bir kimsə var ki, onlardan deyildir. Yalnız bir ehtiyac (bir iş) üçün onların yanına gəlmişdir!» dedi. Allah: «Onlar elə bir kslərdir ki, onlarla oturan kimsə bədbəxt olmaz!» deyə buyurdu (Buxari 6408.) Başqa rəvayətdə - Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allahın yer üzündə dolaşan bir qrup mələkləri vardır. Bu mələklər zikr məclislərini axtararlar. Nəhayət onlar Allahı zikr edən bir məclisi tapdıqda onlarla birlikdə oturar və bir-birlərini qanadları ilə əhatəyə alarlar. O, vaxta qədər ki, dünya ilə səma arasını doldurarlar. Zikr əhli dağıldıqdan sonra (mələklər) səmaya yüksələrlər. Hər şeydən xəbərdar olan Allah qullarının halını mələklərdən daha yaxşı bildiyi halda mələklərə: «Siz haradan gəlirsiniz?» deyə buyurar. Mələklər: «Biz yer üzündə Sənin bir qrup qullarının yanından gəlirik ki, onlar Səni TƏSBİH edir, Səni TƏKBİR edir və Səndən başqa ibadətə layiq haqq ilah olmaığını TƏHLİL edir, Səni TƏHMİD edir və Səndən istəyirlər!». Allah: «Onlar Məndən nə istəyirlər?». Mələklər: «Onlar Səndən Sənin Cənnətini istəyirlər!». Allah: «Məgər onlar Mənim Cənnətimi görüblərmi?». Mələklər: «Xeyr, ey Rəbbimiz! Onlar Sənin Cənnətini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cənnətimi görsələrdi necə olardı?». Mələklər: «Onlar Səndən aman istəyirlər?». Allah: «Nəyə qarşı Məndən aman (sığınacaq) istəyirlər?». Mələklər: «Cəhənnəm atəşinə qarşı!». Allah: «Onlar Mənim atəşimi görüblərmi?». Mələklər: «Xeyr, onlar Sənin atəşini görməyiblər». Allah: «Əgər onlar Mənim atəşimi görsələrdi necə olardı?». Mələklər: «Onlar Səndən məğfirət diləyirlər?». Allah: «(Siz şahid olun ki) Mən onları bağışladım, istədiklərini onlara verdim və onları aman (sığınacaq) istədikləri şeydən qorudum!». Mələklər: «Ey Rəbbimiz! Onların arasında çox günahkar bir qulun da vardır. Sadəcə onların yanından keçərkən onlarla oturdu!». Allah: «Mən onu da bağışladım. Onlar elə bir topluluqdur ki, onlarla oturub-duran kimsə bədbəxt olmaz!» deyə buyurdu (Müslim 2689.)


Tarix: 25.04.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Hedisler
loading...