Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Gecənin son üçdə birində Uca Allahın dünya səmasına enməsi)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «Uca və Ulu Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir va buyurur: «Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!»
(əl-Buxari 19. Kitəbut-Təhəccüd 14 (1077, 1094, 1145, 5846, 5962, 6940, 7056, 7494)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Əgər ümmətim üçün çətin olmasaydı, mən onlara dəstamaz əsnasında misvakdan (istifadə etməyi) əmr edərdim və işa namazını gecənin üçdə birinə və ya yarısına qədər gecikdirərdim. Gecənin üçdə biri və ya yarısı keçdikdə Allah  dünya səmasına enir və belə deyir: «İstəyən varmı ona verim, bağışlanma diləyən varmı onu bağışlayım, tövbə edən varmı onun tövbəsini qəbul edim, dua edən varmı onun duasını edim».
(Əhməd 9589, 9591, 9220, 9841. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə görə səhih adlandırmışdır.)


Tarix: 24.04.2013 / 21:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Hedisler
loading...