Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Adəm övladı məni yalamçı hesab edir)

1.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Allah buyurur: «Adəm övladı Məni təhqir edir (1) , halbuki, ona Məni təhqir etmək yaraşmaz. Habelə, Məni yalançı hesab edir, halbuki, ona (belə etmək) yaraşmaz. Onun təhqirinə gəlincə, bu onun Mənim oğlum olduğunu iddia etməsidir. Məni yalançı hesab etməsinə gəldikdə, (bu) onun: «Allah məni ilk dəfə yaratdığı kimi yenidən yarada bilməz» - deməsidir».

(əl-Buxari 59. Kitəbi Bədil-Xalq 1 (2954, 3021, 3193).)

(1)Müşriklər və kafirlər Allaha Ona layiq olmayan naqis sifətlər isnad etməklə Ona qarşı ədəbsizlik edirlər.

2.İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Adəm övladı Məni yalançı sayır, halbuki, bunu etməyə onun haqqı yoxdur, habelə, o, Məni təhqir edir, halbuki, buna da onun haqqı yoxdur. Məni yalançı sayması, onu öldürdükdən sonra yenidən yaradacağımı təkzib etməsidir, Məni təhqir etməsi isə Mənə övlad isnad etməsidir. Halbuki, Mən pak və müqəddəsəm, Özümə zövcə və ya övlad götürməkdən uzağam!»

(əl-Buxari 65. Kitəbut-Təfsir 8 (4122, 4212, 4482)

3.Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: « Uca Allah buyurur: «Adəm oğlu Məni yalançı hesab edir, halbuki, ona (belə etmək) yaraşmaz. Habelə, Adəm oğlu Məni təhqir edir, halbuki, ona Məni təhqir etmək yaraşmaz. Onun Məni yalançı hesab etməsinə gəlincə, bu onun: «Allah məni ilk dəfə yaratdığı kimi, yenidən yarada bilməz» - deməsidir. (Qiyamət günü) xilqəti yenidən yaratmaq Mənim üçün çətin deyildir. Onun təhqirinə gəldikdə, bu, onun Allahın oğlu olduğunu iddia etməsidir. Halbuki, Mən Tək, Möhtac olmayan, nə doğmayan, nə doğulmayan, nə də bənzəri olmayan Allaham».

(ən-Nəsai 2078, 2090; əl-Buxari 4592, 4690, 4974. əl-Albani həsən səhih deyib.)


Tarix: 25.04.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Hedisler
loading...