Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünnəyə tabe olmaq

Abdullah bin Məsud (radiyallahu anhu) belə demişdir: “Siz (sünnəyə) tabe olun. Bidət ortaya çıxarmağa çalışmayın. Çünki sünnə sizə kifayət edər, bidətə ehtiyac yoxdur.”
[Darimi, 1/69.]

İbn Abbas (radıyallahu anhu) belə demişdir: “Bir il keçməmiş insanlar bidəti ortaya çıxarmağa və sünnəni məhv etməyə başladılar. Nəhayət, bidətlər yayılmağa, sünnə isə tərk olunmağa başlandı”.
[İbn Vaddah, «əl-Bidə», səh. 38]

İbn Sirin (rahmatullahi aleyhi) (v.h. 110) belə deyir: “Həm bir bidəti qəbul edib, həm də bir sünnəyə əməl edən heç kim ola bilməz.”
[Darimi, 1/69; İbn Batta, «əş-Şərhu vəl-İbanə», səh. 133.]

Qudeyf bin əl-Haris (rahmatullahi aleyhi) (v.h. 65) belə deyir: “Bir bidət ortaya çıxan kimi mütləq sünnədən o qədəri tərk edilir.”
[«əş-Şərhu vəl-İbanə», səh. 143.]


Tarix: 22.04.2013 / 22:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Hedisler
loading...