Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünəni İbn Macə

Sünəni İbn Macə (ərəb. سُنن ابن ماجة‎‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Siddənin) biridir.

Müəllifi İbn Macədir (m. 824-887) (h.q. 209-273). Əsərin əsil adı "Kitəbus Sunən" olsa da müəllifinə nisbətlə "Sünəni İbn Macə" olaraq anılır.Mündəricat
1 Haqqında
1.1 Müəllif
1.2 Əsər
1.3 Nəşrləri
2 İstinadlar
3 Həmçinin bax


Haqqında

Müəllif

Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini 824-cü ildə Qəzvin şəhərində doğulub[1]. 22 yaşından hədis toplamaq məqsədilə Misir, Xorasan, Rey, İraq, Hicaz və b. yerlərə səfər etmişdir. Və ən məşhur əsəri olan "Kitəbu Sunən" əsərini yazmışdır. İbn Macə 887-ci ildə vəfat etmişdir.

Əsər

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Müəllif əsəri 5 cilddə tərtib etmişdir. Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 4341 hədis yığmışdır.

Kitabları (Bölmələri)

Nəşrləri

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub :
Sünən ibn Macə, Məktəbə əl-İlmiyyə, Beyrut
İbn Macə, əs-Sünən, "Məktəbətul-Maarif lil-Nəşr vəl-Təuzi", ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Nasiruddin əl-Albani və Məşhur b. Həsən Al Salman yüklə

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :
İbn Mace, "Sünen-i İbn-i Mace" Tercüme ve Şerhi, çeviren : Haydar Hatipoğlu, "Kahraman" Yayınları, 10 cilt. oxu

İstinadlar
↑ al-Dhahabi, Muhammad ibn Ahmad (1957). al-Mu`allimi. ed (in Arabic). Tadhkirat al-Huffaz. 2. Hyderabad: Da`irat al-Ma`arif al-`Uthmaniyyah. pp. 636.


Tarix: 24.02.2013 / 17:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Hedisler
loading...