Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim Cənnət sakinlərindən olan adamı görmək istəyirsə, bu şəxsə baxsın

Əbu Hureyrə (r.a) belə rəvayət edir: "Bir nəfər bədəvi ərəb, Peyğəmbərin (s.a.v) yanına gələrək dedi: Məni elə bir əmələ yönəlt ki, onu etməklə Cənnətə daxil olum." Peyğəmbər buyurdu: “Allaha ibadət et və heç bir şeyi Ona şərik qoşma, fərz namazları qıl, vacib zəkatı ver və Ramazan ayını oruc tut”. Bədəvi dedi: "Canım əlində olan Allaha and olsun ki, bunlara nə bir əlavə edəcəyəm, nə də onlardan azaldacağam." O, üzünü çevirib getdikdə Peyğəmbər (s.a.v) buyurdu: “Kim Cənnət sakinlərindən olan adamı görmək istəyirsə, bu şəxsə baxsın.” Buxari və Müslim.
(Buxari: Zəkat ? 1333. Müslim: İman ? 14. Əhməd: 2/343.)

ŞƏRH

Hədisin dəlalət etdiyi bu böyük əsas barədə çoxsaylı hədislər varid olmuşdur. Onların daşıdıqları mənalar eyni, yaxud da bir-birilərinə çox yaxındırlar. Belə ki, kim Allahın ona vacib buyurduğu müştərək vaciblərə və səbəblərə görə xüsusi sayılan, şərtləri tamamlandıqda mütləq olaraq yerinə yetirilən vaciblərə riayət edərsə və haram işlərdən çəkinərsə, həmin şəxs Cənnətə daxil olmağa və Cəhənnəmdən qurtulmağa layiq görülər. Kim bu vəsflərə yiyələnərsə, həmin adam islam və iman adlarına layiq olar. O, nicat tapmış müttəqilərdən və doğru yol ilə gedənlərdən olar.


Tarix: 22.04.2013 / 22:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Hedisler
loading...