Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Allah rizasi üçün ziyarət etmənin fəziləti)

Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Hər hansı bir bəndə öz qardaşını Allah üçün ziyarət etməyə getdiyi zaman səmadan bir carçı belə deyər: «Xoş gəldin. Sənin üçün Cənnət uğurlu oldu». Allah Öz Ərşinin səltənətində isə belə buyurur: «Qulum Mənim üçün (qardaşını) ziyarət etdi, ona ziyafət vermək Mənə aiddir. Mən ona Cənnətdən başqa bir ziyafətə razı olmaram».
(Əbu Yəalə 4140. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 2632) səhih olduğunu bildirmişdir)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «Kişi öz dostuna baş çəkməyə, yaxud onu ziyarət etməyə getdiyi zaman Allah ona belə deyər: «Xoş gəldin. Gəlişin də uğurlu oldu. Sən Cənnətdə özün üçün bir yer tutdun».
(əl-Buxari «Ədəbul-Mufrad» 345. əl-Albani hədisi həsən hesab etmişdir.)


Tarix: 24.04.2013 / 22:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Hedisler
loading...