Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kök və arıq kişilər necə geyinməli?

Belə ki, kök kişilər tək bortlu pencəyə üstünlük versələr, daha məqsədəuyğundur. Çünki iki bortlu pencəyin bütün düymələri bağlananda köklük daha tez nəzərə çarpır. Belə kişilərə uzun palto və pencək, gen tikilmiş palto, gödəkçə, bluza, kitel daha çox yaraşır.

Arıq kişilərin əyninə enli gödəkçə, idman biçimli pencək, koketkalı bluza daha yaxşı oturur.
Dar şalvar kişilərin bədən quruluşunu gözəgəlimli etsə də, çox enli kürəkli və kök bədənli kişilərdə belə geyim pis təsir bağışlayır.
Alçaq boylu kişilər fərqli rənglərdə şalvar və pencək geyməməlidirlər. Çünki bu, onların boyunu daha da qısa göstərir. Uzun pencək boyu ucaldır, qısa pencək isə əksinə, orta boylu adamı olduğundan daha kiçik göstərir. Çox böyük yaxa və üstdən tikilmə iri cib də kiçik boyu bir az da qısaldır. Kişi çox təknəlidirsə, pencəyin çiyinlərinə qalın parça qoymalıdır. Təknəli kişilərin paltosu və plaşı da reqlan biçilməməli, beli kəmərlə möhkəm çəkilməməlidir.

Kişi bədən quruluşunda nöqsanlı cəhət belin çox enli olmasıdır. Bunu aradan qaldırmaq üçün pencək uzun və gen biçilməli, şalvar da bir qədər gen olmalıdır.

Kürəkləri ensiz olanlar üçün toxunma dar paltarlar yaramaz. Onlar gen biçilmiş gödəkçə və bluza, üstdən qoyulma cibi olan idman tipli pencək geyməlidirlər. Paltarın çiyninə qalın parça qoymalıdırlar.


Tarix: 26.12.2012 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 505 Bölmə: Geyim/Moda/Deb
loading...