Aysel geyimdə bağışlanmaz səhvlərin siyahısını hazırlayıb.
Bir geyimdə həddindən çox rəng istifadəsi yolverilməzdir. Geyim seçimində maksimum 3 rəngi uyğunlaşdırmaq olar ki, onlardan biri neytral olmalıdır, yəni qara və ya bəyaz çalarlardan (bej, açıq-boz və s.) Əks halda tutuquşu və ya işıqfor ləqəbi almanız riski böyükdür. Əlbətdə, hər bir qaydanın öz istisnaları var: birçalarlı paltarla rəngli bəzək əşyaları əla kompozisiya yaradır.
Aksesuar səhvi
Baş örtüyünü üst geyiminə uyğun seçməlisiniz. Əgər şlyapa qoymusunuzsa, gödəkcəni palto və ya plaşla əvəz etməlisiniz. Balon gödəkcəyə isə ən yaxşı yaraşanı əlvan rəngli yun papaqdır. Sırıqlı gödəkcə ilə kepka geyinilməlidir.
Aksesuarın olmaması
Aksesuar taxmaq bacarığı – incəsənət, aksesuarı seçmə bacarığı isə istedaddır! Qısa qara paltarla mirvari boyunbağı ənənəvi və zərif görünür, iri qırmızı kulon isə avanqard və nəzərə çarpandır. Bəzək əşyaları insana stil və əhval-ruhiyyə verir. Bunlardan imtina -bağışlanmaz səhvdir.
Qeyri-adi rəngləri gündəlik geyinmək olmaz
Sarı, narıncı, çəhrayı və yaşılın vəhşi (qışqıran) çalarları yalnız dırnaqda yolveriləndir. Bəs bu rəngləri kimlər geyinə bilər? Bu geyimləri yalnız xüsusi sahədə çalışanlar (uniforma) geyinə bilər. Və ya konsertdə artistlər, çünki səhnə geyiminin rəngində qadağa olmur.
Leybl
Düşünməyin ki, başdan-ayağa brend geyimləri geyinməklə eleqant olacaqsınız. Ola bilsin elədir, amma bahalı paltar və məşhur marka – gözəl üslubun sığortası deyil. Əksinə, sadə cins və eleqant çantayla böyük uğur qazanmaq olar. Sadəlik həmişə qələbə çalır!
Gündəlik ziyafət paltarı geyinmək
Bu səhvi, adətən ofis işçiləri edir – darıxdırıcı qadın kollektivində yeganə kişi kolleqanın diqqətini cəlb etmək və ya işdən sonra şənliyə getmək üçün. Buna görə də işə parıltılı, muncuqlu toplar, məxmər, ipək, atlaz parçalardan don və ayaqqabı geyinirlər.
Eksperiment
Uşaq bölməsindən məzəli çanta böyüklər üçün deyil. Ola bilər sizin pişik-siçan-dovşan təsvirli çantalardan xoşunuz .. gəlir. Onları yalnız piknikə, çimərliyə götürə bilərsiniz..
Dar şalvar
Belə şalvarı bədənə kip oturan kofta ilə geyinmək olmaz, əgər model bədəninə sahib deyilsinizsə. Unut-mayın, dar geyimi mütləq enli əşyalarla uyğunlaşdırın, məsələn, uzun tuniklə, sviterlə, kardiqanla geyinin.
İşgüzar geyim+krossovka: İşgüzar qadının obrazı təkcə onun davranışında yox, ciddi seçilmiş dress-kodunda da əks olunur. Kostyumla krassovka geyinmək yersiz, pis və şərhə ehtiyacı olmayan hadisədir.
Tarix: 26.12.2012 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 589 Bölmə: Geyim/Moda/Deb