Dizaynerlər alış verişə çıxan xanımlara bir neçə dəyərli məsləhət verib. Belə ki, bu gün balaca olan geyimi sabah arıqlayaram ümüdü ilə almayın! Böyük ehtimalla o elə qarderobunuzda istifadə olunmamış kimi qalacaq.
Çünki, sonradan artıq çəkidən azad olmaq fikrindən yayına bilərsiniz. Bir qədər böyük ölçülü geyimi isə almağa dəyər. Bacarıqlı dərzi onu sizin ölçülərinizə uyğunlaşdıra bilər.
Hər il eyni geyim formasında olan paltarları da almayın. Beləliklə siz illərlə dəbdən geri qala bilərsiniz. Bəlkə arada yeni tərzləri, geyim dəstlərini də sınamağa dəyər?
Hər hansı bir geyim tərzində özünüzü daha rahat hiss edə bilərsiniz, lakin həm də dəblə ayaqlaşaraq, zövqlü görünmək arzusundasınızsa dəyişiklik axtara bilərsiniz.
Tarix: 26.12.2012 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Geyim/Moda/Deb