Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İncə-Mincə

Karyera, ailə, ev işləri və ictimai fəaliyyət yükü arasında «çarpışan» qadınların əksəriyyəti üçün şalvarı yubka ilə əvəz etmək qadınlıq tərəfə böyük güzəşt etmək deməkdir. Niyə bu üslub qadın stili adlanır? Çünki qadın geyimində sizi kişilərlə dəyişik salmayacaqlar. Bu stil, hər şeydən əvvəl, sizin əks cins nümayəndələrindən fərqinizi nəzərə çarpdırmaq üçündür.

Fason-qadın geyiminin əsas xüsuisiyyəti siluetini qeyd etməkdir. Paltarın bədənə kip yapışması vacib deyil. Hansı üsulla olmasından asılı olmayaraq bu geyim növü bir qadın olaraq səndə döş, bel və ombaların mövcud olması barədə ətrafdakılarda şübhə yeri qoymur. Bununla yanaşı, qadın görkəmi ilə seksuallığı qarışıq salmaq olmaz.

Dərin dekolte, yaxud ultraqısa mini də özlüyündə qadınlıq xüsusiyyəti hesab olunur. Paltarın fasonu insanda fantaziya oyatmalıdır. Əlbəttə, ideal qadın stili yalnız yubka və paltara uyğun gəlir, amma bu, qadın qarderobunda şalvar olmamalıdır demək deyil. Sadəcə, qadın stili həmin vəzifəni yerinə yetirməli, yəni ətrafdakılara göstərməlidir ki, siz centlmen yox, xanımsınız.

Rəng – rəng qammasını öz görkəminizə uyğun seçmək lazımdır. Bununla belə əlvan, incə palitra seçməyə çalışın. Çəhrayı, mərcanı, yasəmən tonlarına diqqət yetirin. Sizin geyiminizin əsas vəzifəsi — göz oxşamaq, diqqəti cəlb etmək və ətrafdakılarda sevinc duyğusu oyatmaqdır. Paltarlarınızda sərt həndəsi rəsmlərdən – damalardan, zolaqlardan və s. imtina edin. Qoy geyiminizdə daha çox yüngül şəkillər – gül-çiçəklər, kəpənəklər, abstrakt ayırmalar olsun.

Parçalar – qarderobunuz üçün yeni qadın paltarları seçərkən onların hava kimi yüngüllük hissi oya-dan parçalardan tikilmiş olmasına diq-qət yetirin. Belə parçalara ipək, atlaz, şifon, trikotaj aiddir. Kobud parçalara meyl etməyin. Həmçinin həm kişilərə, həm də qadınlara yaraşan parçalara üstünlük verməyinə dəyməz, azı siz kişi cinsindən maksimum fərqlənməyə çalışırsınız.

Detallar-təbiətcə mühafizəkar insan olsanız belə, paltarınızda müxtəlif “qadın zarafatları” olmasına laqeyd qalmayın. Axı krujeva, büzmə haşiyələr, valanlar, gipür basmalar və dekorun bu kimi digər elementləri paltara bayram yaraşığı verir. Bunlardan istifadə etmək müstəsna qadın üstünlüyüdür.

Ayaqqabıları qadın stilində olan paltarlar mütləq hündürdaban ayaqqabı ilə geyilir. Özü də tanketka, platforma yox, məhz incə şpilka ayaqqabılar. Əlbəttə, əgər daha çox kedlərə vərdiş etmisinizsə, bu stilə keçərkən bir qədər çətinlik çəkəcəksiniz. Amma zəhmətinə dəyər. Hündürdaban ayaqqabılar sizi boy-buxunlu göstərir, yerişinizə zəriflik və incəlik verir.

Əslində, dikdabanlara sevgi vərdişdən asılıdır. Bir qədər məşq etdikdən sonra həyatı onlarsız təsəvvür etməyəcəksiniz. Ən əsası – rahat qəlibli və davamlı modellərdən olan ayaqqabılara üstünlük verin.

Aksesuarlar-məhz onlar obraza tamlıq və harmoniklik verir. İri yarım idman baulların əvəzinə çiyindən dirsəyə qədər sallanan balaca çanta götürün, yaxud da qoltuğunuzun altında kiçik, incə klatç gəzdirin.


Tarix: 26.12.2012 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 700 Bölmə: Geyim/Moda/Deb
loading...