Dekolte ilə qısa yubka. Bu cür geyim çox bayağı gorünür və istənilən bədən quruluşunu görkəmsizləşdirir. Həm də belə geyimdə siz ya zövqsüz ya da yüngülxasiyyət qadin təsiri bağışlaya bilərsiniz.
Cins şalvarin altından gorünən string. Bir müddət əvvəl cinsin altından görünən stringlərə tez-tez rast gəlmək olardi. İndi demək olar ki, belə vəziyyətlə çox nadir hallarda rastlaşırıq.
Yun corabla geyilmiş açıq ayaqqabı. Əgər corab geyinmisinizsə burnu acıq ayaqqabı ayaq barmağlarınız çox pis görünər.
Üstündə firma loqotipi əks olunmş koftalar. Belə koftalar ciddi gorkəmə xələl gətirir.
Dama-dama və xətli naxışları olan paltarlar. Dama-dama və xətli naxişlar həmişə dəbdə olsalar da, onlar birlikdə heç də dəbli görünmürlər və bədən quruluşunu eybəcərləşdirirlər.
Sığın dərisindən olan şalvar (LASİNA) Lasina hamıya yaraşmir. O, uzun, arıq ayağlarda da kök ayaqlarda da eybəcər görünür.
Şortla krasovka geyinmək. Şortlar adətən diktaban və altı düz ayaqqabılarla geyilir. Axı krasovkalar qadın ayaqlarinı bəzəmək üçün nəzərdə tutulmatıb.
Altı düz çəkmə ilə uzun xəz geyinmək. Altı düz ayaqqabılardan daha çox idman üslublü paltarlar geyiləndə istifadə olunur. Xəz isə diktaban çəkmələrlə geyiləndə gözəl görünür.
Çəkmə ilə geyilmiş qısa dar şalvar. Dar qısa şalvar ayağın aşağı hissəsini nümaiş etdirmək üşün geyilir. Ona görə də belə şalvarla uzunboğaz çəkmə geyinmək düzgün deyil.
Təmamilə muncuqla və bəzəklə örtülmüş paltarlar. Paltarlar muncuqlarla, daş-qaşla bəzədiləndə xüsusi görünürlər. Amma təmamilə muncuq və daş-qaşlardan ibarət paltarlar bayağı görünür.
Tarix: 26.12.2012 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 450 Bölmə: Geyim/Moda/Deb