Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövsümün dəbli dəri pencəkləri

Formasına və görünüşünə görə digər geyimlərdən fərqlənən dəri pencəklər qış mövsümünün ən dəbli geyimləri sırasındadır.

Daha fərqli görünüşə sahib olmaq istəyirsinizsə uzunboğaz çəkmələrlə dəri pencək geyinməklə xarici görünüşünüzü zövqlə tamamlaya bilərsiniz.

Istər gündəlik adi geyimi, istərsə də hər hansı gecə geyimini dəri pencəyklə kombinə etsəniz onun yaratdığı möhtəşəm görünüş hər zaman sizinlə olacaq.

Hal-hazırda bilirik ki, dəb daha rəngarəngdir. Xüsusi ilə qırmızı rəngin müxtəlif çalarlarının dəbdə olduğu bir zamanda siz də pencək almağı planlaşdırırsınızsa o zaman, daha fərqli rəngli pencəyi seçə bilərsiniz. Amma stilistlər onu da qeyd edir ki, qarderobda mütləq 1 ədəd qara rəngli pencək olmalıdır.

Dəri pencək alarkən diqqət yetirməniz vacib olan ən mühüm məqam onun tikiliş formasıdır. Mümkün qədər cibsiz yaxud da, bəzək ciblərə sahib olan pencəkləri əldə edin.

Dəri pencək geyərkən qollarınızı qatlayarkən taxacağınız bilərzik və zövqlü boyunbağı istədiyiniz görünüşə qovuşmaqda sizə əsil köməkçi olacaq.

Dəri pencəyin hər geyimlə uyğunluq yaratması isə çöx özəldir. Belə ki, özünüzə yaraşan modeli seçməklə digərlərindən daha fərqli olduğunuzun bir daha şahidi olacaqsınız
[color=#173bd3][/color]


Tarix: 26.12.2012 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Geyim/Moda/Deb
loading...