Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaz mövsümündə xanımlar üçün nələr dəbdə olacaq?

Artıq yaz fəslinə qədəm qoymağımıza sayılı günlər qalıb və bu münasibətlə dünyanın məşhur modelyerləri 2011-ci ilin yaz fəsli üçün dəb proqnozunu verib, geyim kolleksiyalarını nümaiş etdiriblər. Milli.Az xəbər portalı modelyerlərin proqnozları əsasında yaz mövsümünün dəbi və yenilikləri barədə məlumatları təqdim edir.

Mövsümün imici: “”
Builki yaz fəslinin dəbi sözün əsl mənasında diqqət çəkəcək, cəzb edəcək, ehtiras yaradacaq, tora salacaq, qorxu bəxş edəcək və hətta ətrafdan qan qoxusunun gəlməyi belə gözlənilir…
Bəs nə üçün bu baharın modası insanlara qorxu və vahimə hissləri bəxş edəcək?

Çünki, bu bahar dəbinin devizi “vampir üslubu”dur.

Hansı geyimlər dəbdədir?
Əziz xanımlar, əgər bu yaz modanın qanunlarına əməl etsəniz, geyinəcəyiniz geyimlərlə insanlarda, xüsusilə də kişilərdə təlatüm yaradacaqsınız… Təbii ki bu, xoş, ehtiraslı hisslər aşılayacaq. Çünki, bu yaz qadın geyimlərində ekstra mini paltarlar, dəridən olan və parlaq lasinlər, bir qollu geyimlər, çiyinli pencəklər, çox dar paltarlar, ayaqlarınızı uzun göstərən dar şalvarlar dəbdədir. Fəslin dəbi ayaqların önə çıxarılmasını və çox qısa, cəlbedici geyimləri qarderobunuzda tələb edəcək.

Bu yaz çox qısa paltarlar fəslin geyim favoritidir və qadınlar şalvar geyinməyə bir o qədər üstünlük verməyəcək. Bir qollu köynəklər və paltarlar modaya yeni nəfəs gətirəcək. Xüsusən də kürək dekolteləri cazibədarlıq simvolu sayılacaq. Bu yaz kürəyi açıq və ya tül ilə bəzədilmiş paltarlar və köynəklər çox dəbdə olacaq. Bunlardan başqa, şortlar və qısa yubkalar dəb aləmində öz izini qoyacaq. Köynəklərdən isə sinəsi açıq, qısaqol və gecə köynəyini xatırladan seksual biçimli köynəklər favorit sayılacaq.

Bu yaz ən cəlbedici və diqqət mərkəzində müxtəlif biçimli qısa yubkalar olacaq. Əsasən sadə biçimli, büzməli, kəmər hissəsi lentli və bantlı, saçaqlı, valanlı və parça ilə yanaşı üzərində tül parçalardan bəzəklər olan yubkalara üstünlük veriləcək.

Cinslərə əlvida
Qarderobunuzdakı cinsləri isə vampirlərin gecələr yandırdığı ocağa atıb yandıra bilərsiniz… çünki, cins geyinənlərə ümumiyyətlə rast gəlinməyəcək. Cinslər bu il dəblə vidalaşdı və yaxın üç il ərzində cins parçadan tikilən istər şalvarların, istər digər geyim növlərinin dəbə qayıdacağı gözlənilmir.

Ayaqqabılar: dabanlar yenə hündürə qalxır…
Bu yazın ayaqqabı dəbində isə çox hündür dabanlı və platformalı ayaqqabılar dəbdə olacaq. 2011-ci ilin dəbi çox sadə formalarda proqnoz verilsə də, bu yaz çox mürəkkəbləşəcək. Çünki, bu yaz sadə ayaqqabılar dəbdən geri qalmış hesab olunacaq. Üstü işləməli, bəzəkli, aksesuarlı, xüsusi bəzədilmiş dabanlı ayaqqabılar bu yaz çox dəbdədir.

Əl çantaları kiçilir
Çantalarda isə əsasən, kiçik və hətta portmanat funksiyalı çanta modelləri yazın dəbi sayılacaq. Bu yaz çantalar əsasən, öz orijinallığı ilə diqqəti cəlb edəcək. Amma bir şeyi heç vaxt unutmayın: əgər əvvəlki illərdə ayaqqabı, çanta və kəmərin eyni rəngdə olması dəbdə idisə və bu uyğunluq pozulanda birmənalı qarşılanmırdısa, artıq 2011-ci ildən etibarən bu dəstlik təmamilə əksinədir. İndiki yazın dəb qaydalarına görə, ayaqqabı ilə çantanın eyni rəngdə olmağı demode sayılacaq. Odur ki, ayaqqabı və çanta seçimi edərkən eyni rəngdə deyil, bir-birinə uyğun, amma fərqli rənglərdə olan modellər arasında seçim etmək lazımdır.


Tarix: 26.12.2012 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 777 Bölmə: Geyim/Moda/Deb
loading...