Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dikdaban ayaqqabının kəşfi

Demək olar ki, hər bir xanımın qarderobunda ən azı bir neçə cüt hündürdaban ayaqqabı mütləq var. Bəs heç nə vaxtsa düşünmüsünüzmü, bu dikdaban ayaqqabıları necə oldu ki, dəbə gəldi?

Eramızdan hələ çox-çox əvvəllərə aid Misir qəbirlərində müxtəlif formalı ayaqqabılara rast gəlinmişdir. Bunlar daha çox dəri və toxunma formasında olub ayaq üzərində bağlanan formalarda olub.

Hündürdaban ayaqqabıların tarixi isə Roma dövrünə gedib çıxır. O zamanlar bu cür ayaqqabılar aktyorlar üçün hazırlanırdı. Dabanlar isə ya taxtadan yaxud da göbələkdən düzəldilirdi.

XVII əsrin əvvələrində jokeylər (at sürənlər) ayaqlarını üzəngidə rahat tutmaq üçün hündürdaban ayaqqabılardan istifadə etməyə başlayıblar.

1533 – cü ildə bir qadın ayaqlarını uzatmaq üçün ilk dəfə hündürdaban ayaqqabı geyinib. Onun sayəsində 14 yaşlı Catherine d’Medici öz toyunda düz 5 sm hündür görünür.

XIV Luis adıyla bağlı olan dikdaban ayaqqabılar isə həm qadınlar, həm də kişilər arasında çox məşhur olur. Onlardan ən hündürü 12 sm-ə çatır.

Dəbə və ayaqqabılara çox vurğun olan və Fransanın gələcəyini bunlarla bağlayan Marie Antoinette 1793-cü ildə öz edamına 5 sm-lik dikdabanla gəlir.

1850 – ci ildən 1950 – ci ilə qədər isə hündürdaban ayaqqabıların dabanı 5 sm-dən hündür olmurdu.

Hündür, amma iynə kimi nazik dabanlı ayaqqabıları dəb dünyasına Merlin Manro gətirir. O zamandan bəri, cazibədar görünmək istəyən qadınlar bu cür dikdabanlara üstünlük verməyə başlayıblar.


Tarix: 26.12.2012 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 354 Bölmə: Geyim/Moda/Deb
loading...