Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğru geyim

Qadınların geyim mövzusunda nə qədər həssas olduğu bilinən bir gerçəkdir. Mütəxəssislər gözəl geyinmək istəyənlərin, bədən tipinəuyğun paltarlar seçmələrini təklif edir…

Hər gün ayna qarşısına keçib, nə geyəcəyinizə qərar verə bilmirsinizmi? Bədən şəklinizə ən uyğun geyimlərin hansıları olduğunu bilirsinizmi? İstər dolu, istər hamilə, istər minyon olun, sizə uyğun bir stil mütləq vardır. Fərqli bədən şəkillərinə uyğun geyim təklifləri:

Köksünüzsə, stilinizi tapın
Dolu qadınlar ümumiyyətlə bol geyimlər və sadə rənglərlə bədənlərini gizlətmək meylindədir. Ancaq bunun yerinə üzərinizə oturan, sinə və ombalarınızı qucaqlayan geyimləri seçin. Xüsusilə də 50-ci illərin tərzindəki geniş yubkalar və üzərinizə oturan geyimlər. Bədəninizin bəyəndiyiniz yanlarını önə çıxarmaq üçün aksesusarlar istifadə edin. Unutmayın, bol seqmentli geyimlər sizi daha da sanballı göstərər. Üzərinizə oturan tox parçalar daha qəşəng oturar.
Mütləq lazımlı olanlar: Bədəninizə oturan bir palto, korse səklindəki üstlər. Rahat, yüksək dikdaban bir ayaqqabı, həm uzun göstərər, həm də gedərkən gözəl yerişinizi təmin edər.

Minyon olanların diqqətinə
Bu tip bədənə sahib olanlar üçün ən əhəmiyyətli şey, geyimlərinizin üzərinizə oturmasıdır. Tək rəng geyinmək və tünd rəngləri seçmək müasir bir görünüş və bütünlük təmin edər. Minyonlara ən çox qısa yubkalar yaraşar. Uyğun corab və ayaqqabı boyunuzun da daha uzun görünməsini təmin edər. Fərqli rəng və tərzlər yerinə, sadə və tək bir rəng istifadə edin.
Mütləq lazımlı olanlar: Diz üstü yubkalar, üzərinizə oturan koftalar. Şalvarla geyinmək üçün dikdaban botlar, üzərinizə uyğun düz balağ şalvarlar.

Jennifer Lopez tərzi
Armud olaraq təyin olunan bədən şəkli, həm Beyonce, həm də Jennifer Lopez sayəsində bəyənilən bir bədən tipidir. Yəni üst hissə incə amma bədənin alt tərəfi dolu olan bir bədənə sahibsinizsə, qabarıq ətəklərdən çox, üzərinizə oturan və düz ətəkləri seçin. Xüsusilə çox yüksək dikdaban çəkmə və ayaqqabılar, sizə uyğundur. Sinənizi ortaya çıxartmaq üçün korse tipi üstlər, tam sizə uyğundur.
Mütləq lazımlı olanlar: düz balağ şalvarlar əla oturar amma bel qisimində əsnəmə edib açılmamasına diqqət yetirin. Alt və üst tarazlığını təmin etmək üçün sinənizi qaldıran balkonet tərzi büstqalterlər. Tünd rəng bir ətəyi hər şeylə geyə bilərsiniz.


Tarix: 26.12.2012 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 876 Bölmə: Geyim/Moda/Deb
loading...