Alış-veriş xanımların gündəlik etdikəri işlərə aiddir. Hətta problemləri olduğu vaxtda belə çıxış yolunu alış-veriş etməkdə görən xanımlara da rast gəlinir. Yaxşı alış-veriş üçün ipucları var, bunlar hasılardır? Qarşıda…
Ilk olaraq nə almaq istəyirsinizsə onların mütləq siyahısını tutun. Əgər geyim almağa qərar vermisinizsə mütləq bədən ölçülərinizə diqqət yetirin, ola bilsin ki, hansısa dəyişiklik var. Bu dəyişiklikdən əvvəldən xəbərdar olsanız, sonra hansısa ürəyinizə yatan bir geyimi seçdikdə kədərlənməyəcəksiniz.
Rahat və dəbdəbəli olmayan paltarları seçin.
Alış-verişə gedərkən elə çanta götürün ki, yol boyu o rahatlığınızı pozmasın. Çiyininizdən rahat asıla biləcək və rahat daşıya biləcəyiniz çanta sizi tez yormaz. Bundan başqa, almaq istədiklərinizə təqribən nə qədər pul xərcləmək niyyətində olduğunuzu düşünün. Alış-verişə axşamtərəfi çıxmaqla daha uyğun qiymətlə qarşılaşa bilərsiniz. Səhər erkən getsəniz izdihamla qarşılaşıb, istəyinizə tam nail olmayacaqsınız. Alış-verişə başlamazdan öncə bazardakı qiymətlərə nəzər yetirib sonra işə başlaya bilərsiniz.
Tarix: 26.12.2012 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: Geyim/Moda/Deb