Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsanbul Fashion Week

Türkiyədə sayca üçüncü dəfə “İsanbul Fashion Week” moda həftəsi keçirildi. Dəfilələrdə ümumilikdə 22 dizayner və 5 markanın 2012-ci il üçün nəzərdə tutulmuş geyimləri nümayiş olundu. Dəb həftəsinin keçirilməsində başlıca məqsəd türk dizaynerlərini, eləcə də brendlərini dünyada tanıtmaqdır.

Bu dəfə moda həftəsində Atıl Kutoğlu, Niyazi Erdoğarı, Özlem Kaya, Nejla Güvenç, Tuvana Büyükçınar, Qamze Saraçoğlu, Cengiz Abazoğlu kimi məşhur modelyerlərin əl işləri sərgiləndi. Bununla yanaşı, moda həftəsi çərçivəsində gənc modelyerlər üçün workshoplar da təşkil olundu. Hollivud ulduzlarının dəb üzrə məsləhətçisi George Blodwell, eləcə də məşhur aktyorlar Matt Dillon və Darren Lee Darnborough “İstanbul Fashion Week”-ə tamaşaçı qismində qatılmışdılar.

4 gün ərzində 40 minə yaxın tamaşaçının izlədiyi moda həftəsini Fransa, İtaliya, İspaniya, Rusiya və İngiltərədən dəvət olunmuş 100-ə yaxın mətbuat nümayəndəsi işıqlandırdı.


Tarix: 26.12.2012 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Geyim/Moda/Deb
loading...