Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəhvəyi rəngin dəbi

2011-ci ilə yenicə addımlamışdıq ki, dünyanın tanınmış dəb ustaları saç rəngi seçimində qəhvəyinin dəbdə olacağına proqnoz vermişdilər. Artıq yaz mövsümünə qədəm qoymuşuq, qarşıdan isə yay gəlir.

Saç stilistləri xanımlara dəbli saçlar haqda məlumat veriblər.

Belə ki, yaz-yaz aylarında uzun saç fomaları dəbdə olacaq. Hətta bunu eşidən bir çox xanım saçlarını kəsdirməkdəm imtina ediblər.Uzun saçlarınızı qəhvəyi saç boyasıyla rəngləsəniz mövsümün ən dəbli xanımına çevrilə bilərsiniz. Üstəlik saçlarınız uzundursa dəblə ayaqlaşırsınız deməkdir.

Illər boyu açıq rəngli saçlarla gəzən dünyanın tanınmış simaları belə bu mövsüm dəyişiklik edərək saçlarını qəhvəyi rəngə boyayıblar. Bu mövsüm qəhvəyi rənginin müxtəlif tonlarından istifadə edə bilərsiniz. Məsələn, tünd, açıq, şokalad kimi tonlarına üz tuta bilərsiniz.

Bu mövzuda azadsınız.


Tarix: 26.12.2012 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Geyim/Moda/Deb
loading...