Küçədə gördüyüm görünüşlər sonrasında xüsusilə hicablı qadınlar üçün hazırladım bu xəbəri. Hər kəs hər şeyi istədiyi kimi geyməkdə azaddır təbii ki...Burada yazacaqlarım mənim şəxsi fikirimdir.
Hicablı qadın dikdaban geyərmi, geyməzmi deyə müzakirə edənlər var. Belə şeylərə əsəb olduğum üçün çox danışmıyacam. Boyum uzun olduğu üçün gündəlik həyatda dikdaban ayaqqabı geyməyi seçmirəm. Amma hər kəsin dikdaban ayaqqabı geydiyi xüsusi bir gecədə, iş görüşməsində ya da axşam yeməyində kimsə hər kəsin ətək ucundan baxan uşaq kimi görünmək istəməz.
Lakin bəzi dikdaban ayaqqabıların hicab altında pis göründüyü də su aparmaz bir gerçəkdir. O səbəblə dikdaban ayaqqabını göstərmədən, yalnız daha uzun boylu olub paltarı daha gözəl göstərmək məqsədiylə istifadə edilməsi tərəfdarıyam. Hələ də hicablı qadın dar ayaq şalvarın altına başım qədər dikdaban ayaqqabı geyindikdə heç xoş bir görünüş olmur təəssüf ki...
İkinci diqqət yetirdiyim şey isə açıq ya da hicablı fərq etməz, dikdaban ayaqqabının səs çıxarmamasıdır. Xüsusilə uzun bir koridorda gedirsinizsə "tak-tuk" səsləri ilə o koridor həm sizə həm ətrafınızdakılara əziyyət olar. Bunun içində ayaqqabıçılar topuğun altına bir şey çaxırlar və sizi bu dərddən qurtarırlar.
Ayaqqabını göstərmədən geymək üçün iki variant var əlimizdə. İlki uzun ətək və ya paltarın altına geyməkdir.
İkinci variant isə enli şalvarın altına geyməkdir. İki variantda da ayaqqabını göstərmədən qıç boyunu uzadıb, qıçları naziltmiş oluruq. Burada əhəmiyyətli olan şalvarın ayağını qısa kəsdirməməkdir. Ayaq boyunun ölçüsünü mütləq istifadə edəcəyiniz ayaqqabını geyərək, yerdən 1-2 sm yüksəkdən kəsdirin.
Tarix: 11.06.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 729 Bölmə: Geyim/Moda/Deb