Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qış mövsümünün dəbi

Bu qış mövsümündə müxtəlif parçalardan hazırlanmış geyimlər bir-birini əvəz edəcək. Ipək, dəri, kürkü hətta bir geyimdə istifadə edilə bilər.

Dolu xanımlar geyim seçərkən yapışan parçalardan uzaq durmalıdırlar. Parçalar artıq kiloları ört-basdır etmək üçün ən yaxşı vasitədir. Keyfiyyətsiz, tez köhnələn parçalar əvəzinə keyfiyyətli olanları seçin. Yüngül, yumşaq və geyindiyiniz zaman bədəninizdə gözəl duran parçalar idealdır.

Bu mövsümdə klassik geyim hesab olunan pencək-şalvar dəsti xanımlar üçün ideal seçim olacaq. Xüsusilə uzun incə pencəklər xanımlara çox yaraşacaq. Şalvar isə nə çox enli, nə dəki çox dar olmalıdır. Dar şalvarlar bütüb bədən xəttlərini daha qabardırsa, enli şalvarlar isə sizi olduğunuzdan daha da kök göstərə bilər.

Bildiyimiz kimi mini ətəklər artıq tarixə qovuşur. Mövsümün ən dəbli geyimlərindən biri dizaltı, yəni midi ətəklərdir. Qara midi ətəklə bütün qışı keçirə bilərsiniz, desək əsla yanılmarıq.

Qış mövsümü rəngarəng mövsümdür. Belə ki, mövsümün ən dəbli rənglərindən bənövşəyi, yaşıl, tünd qırmızı, sarı, göy mavisinin adlarını çəkə bilərik. Üstəlik, bu rənglərin kombinasiyası da çox dəbli görünəcək.

Çalışın ki, bədəninizə ən uyğun rəngləri seçəsiniz. Yadda saxlayın ki, başdan-ayağa tək rəngdən ibarət geyim çox zövqlü hesab olunur. Canlı rəngləri yalnız şalvar və ya ətəklərdə deyil, köynək və pencəklərinizdə də istifadə edin.+


Tarix: 26.12.2012 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 362 Bölmə: Geyim/Moda/Deb
loading...