Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Feodosi

I Feodosiy ya Böyük Feodosiy (Flavi Feodosiy, lat. Flavius Theodosius, Theodosius Magnus, yunan. Θεοδόσιος Α΄, Θεοδόσιος ο Μέγας, 346/47—395) — sonuncu bütöv Roma İmperiyasının imperatoru. 379 cu ildə Şərqi Roma üzərində Qrasian ilə həmimperator kimi hakimiyyətə gəlmiş, artıq 394 cü ildə bütöv Roma imperiyasının imperatoru olmuşdur. 395 ci ildə vəfatından sonra Roma sonuncu dəfə şərq və qərbə bölünmüş olur. I feodosiy xristiyanlığın Nikey formulunu seçərək, onu imperiyanın vahid dini kimi təsdiq etmişdir. Bundan başqa o, digər dini təriqətlərə qarşı təqiblər apararaq bütpərəst dininə qadağan qoymuşdur. Nəticə etibarilə 393 cü ildən sonra olimpiya oyun mərasimləri aradan qaldırılmış olur. I Feodosiy Avropada dinin inkişaf istiqamətini təyin etmişdir. Bununla da xristiyan səlnaməçiləri ona "Böyük Feodosiy" epiteti vermişlər.Mündəricat
1 Həyatı
2 Ailəsi
3 Böyük imperator
4 383-387 ci illər
5 Uzurpat Maksimin devrilməsi
6 Feodosi və Müqəddəs Ambrosi
7 Uzurpator Yevgeninin devrilməsi
8 İmperiyanın bölünməsi
9 Feodosiya sülaləsinin zaman xətti
10 İstinadlar
11 Mənbələr
12 Xarici keçidlər


Həyatı

Flavi feodosiy 346 cı ildə[1] İspaniyanın Qalisin vilayətinin Kavka[2] şəhərində anadan olmuşdur. Avreli Viktora görə o, imperator Trayanın nəslindən olmuşdur. Onun valideynləri Femansiya və Roma sərkərdəsi Feodosiy olmuşdur[3]. Atası imperator Valentinianın zamanında süvari polkunun komandirinə qədər yüksələ bilmişdir. Ammian Marsellin onu digərləri ilə müqayisədə əlçatmaz dərəcədə hünərli xarakterizə etmişdir[4]. Afrikanın şimalında yerli tayfaların üsyanını yatırtmış, lakin 375 ci ildə xəyanətdə günahlandırılaraq 376 cı ildə edam edilmişdir.

O vaxt hələ saqqalı təzəcə çıxmağa başlamış Meziya Duksu kiçik Feodosiy sonrakı şöhrətli imperator, bir neçə dəfə sərhədlərimizə soxulmuş sarmatları qovmuş, onları məğlub etmiş, onların əzmkar müqavimətini qıraraq, onların hədsiz cəsədləri ilə vəhşi heyvan və quşları doyuzdurmuşdur.


Ammian Marsellin

İmperator feodosiy öz ilk kariyerasına atasının komandanlığı altında hərbi qulluqdan başlamışdır. Atası ilə skott və piklərin üsyanlarını yatırmaq üçün Britaniya ekspedisiyasında iştirak etmişdir. 374 cü ildə Dunayətrafı Meziya vilayətində qoşun komandiri vəzifəsini tutaraq sarmatlara qaşı uğurlu mübarizə aparmışdır. Atasının edamından sonra sığınacaq axtarsa da[5], 376 cı ildə Balkanlarda İllirik vilayətində qoşun komandiri təyin olunur[6]. Burada da o, sarmatlara qarşı uğurla mübarizə aparmış olur. Onun imperator taxtına yolu məhz sarmatlara qarşı mübarizələrdən keçmişdir[7]. Nəhayət 3 ildən sonra imperator Qrasian onu Şərqi Roma İmperiyasının taxtına dəvət edir.

Ailəsi

Üzərində sağında Arkadi, solunda Hannori və arvadının qardaşı II Valentinian həkk olunmuş ailə yubiley boşqabı, kopiya.

Feodosiyanın bir bacısı və bir qardaşı – Honnori erkən yaşlarında vəfat etmişlər.[8] Feodosiy onların uşaqlarının qayğısını öz üzərinə götürərək böyütmüşdür. Qardaşı qızlarını Fermansi və Sernanı öz sərkərdələrinə ərə vermişdir. Serena 387 ci ildə sonralar Qərbi Roma İmperiyası ordusunun ali komandanı Stilxonla nişaha girmişdir. 408 ci ildə Roma senatı onu qotların başçısı Alarixlə əlbir olduğuna görə edam etmişdir.
Feodosiyznın birinci arvadı xeyriyyəçi qadın Eliya Flaviya Flasilla, əslən İspaniyalı olmuş, 386 cı ildə vəfat etmişdir. Feodosiyanın ondan iki imperator Arkadi (377), Honnori (384) və uşaq ikən vəfat etmiş Pulxeriya (385) dünyaya gəlmişdir.
387[9] ci ildə dul qalmış Feodosiy II Valentinianın bacısı Qalla ilə nigaha girir. Qallada olan qızı Qalla Plasidiya 414 cü ildə qotların başçısı Ataulfun arvadı olur. 394 cü ildə Qalla doğuş üstündə (Həmçinin ölmüş İoannı dünyaya gətirərkən) ikən vəfat edir.

Böyük imperator

I Feodosiyanın dövründə Roma İmperiyası (395).

377 ci ildə Frakiya və Meziya əyalətləri qotların üsyanı nəticəsində barbarların döyüş arenasına çevrilmişdir. 9 avqust 378 ci ildə Adrianopol yaxınlığında qotlar Roma ordusunu darmadağı edərək, döyüşdə Şərqi Roma imperatoru II Valenti öldürürlər. Onun köməyinə gələn Qərbi Roma imperatoru Qrasian II Valentin ölüm xəbərindən sonra barbarların Balkanlara və İtaliyaya soxulmasının qarşısını almaq üçün indiki Serbiya ərazisində qərargah qurur. Qrasian kiçik qardaşı və formal həmimperator II Valentinianın Şərqə imperator təyin etməyin təhlükəli olduğunu anlayaraq, çarəsiz qalaraq, öz sərkərdələri arasından yeganə adlı-sanlı olan İllirik qoşunlarının komandanı Flavi Feodosiyni 19 yanvar 379 cu ildə imperator taxtına çıxardır[10][11].

Feodosiy Sirmi yaxınlığında qotlar üzərində qələbə çalır[12]. 24 noyabr 380 ci ildə[13] Bizansın paytaxtı Konstantinopola daxil olur. 381 ci ildə qotların başçısı Atanarix ilə ittifaq bağlamağa nəsib olur. 2 ildən sonra qotların başçısı Atanarix vəfat edir.[14] Feodosiya ona təmtəraqlı mərasim keçirdməklə barbarların rəğbətini qazanmış olur. O, qotları imperiya federatı kimi Meziya və Frakiya əyalətlərində məskunlaşdıraraq sülhə nail olur. Bununla da 3 oktyabr 382 ci ildə Roma-qot müharibəsinə son qoyulmuş olunur.[15]

383-387 ci illər

Müqəddəs Ambrosi I Feodosini kilsəyə buraxmır Van Deyk, XVII əsr.

Müqəddəs Ambrosinin Feodosiyanın əhv etməsi

Qotlarla sülhə nail olduqdan sonra Feodosiyanın sərkərdəsi Rixomer Suriya ərazilərinə soxulmuş sarasinləri məğlub edir.[16] Fars imperiyasında hakimiyyət çəkişmələri Şərq təhlükəsini səngidmiş olur. Feodosiya tez-tez dəyişən fars hökmdarları ilə yaxşı münasibətlər qurmağa nail olur.[17] Həlledici sülhə nail olmaq üçün Fars imperiyası ilə Erməni əyaləti bölüşdürülür. Əyalətin şərq hissəsi Xosrovun hakimiyyəti altına, qərb hissəsi isə Arşakın çarlığı altında Bizans vassalığına keçmiş olur. Bu zaman Qərbi imperiyada hakimiyyət dəyişərək, 383 cü ildə Britaniyadakı ordu komandiri Maqn Maksim Qalliyaya soxularaq hakimiyyəti uzurpasiya edir. İmperator Qrasian 25 avqust 383 cü ildə Maqn Maksim tərəfindən öldürülür,[18] nəticədə onun kiçik qardaşı II Valentinian uzurpat Maqn Maksimin ilə hakimiyyəti bölüşür. Yalniz İtaliya, Balkan və Afrika əyalətləri üzərində hakimiyyətə malik olur. Bu hadisədən sonra Feodosiya II Valentiniandan sonra Maqn Maksimin imperator titulunu tanımağa məcbur olur.

Uzurpat Maksimin devrilməsi

387 ci ildə Maksim İtaliya üzərinə qoşun yeridərək II Valentinianı Salonikiyə Feodosiyanın yanına qaçmağa vadar edir. Bu zaman imperatorlar arasında siyasi maraqlar kəsişir. Dul qalmış Feodosiy II Valentinianın bacısı Qalla ilə nigaha girir. 388 ci ildə Maksimə qarşı müharibə başlanmış olur. Bu zaman Şimali Afrikadakı Roma valisi Gildonun Siciliyanı tutması Maksimin qüvvəsini iki cəbhədə vuruşmasına gətirib çıxardır. Feodosiy və II Valentinianın birləşmiş qoşunları Sava[19] çayı üzərində Maksimin ordusunu yarıb Şərqi Alp dağlarına yetişir. Bundan istifadə edən Maksimin sərkərdəsi Andraqasiy dəniz yolunu qət edərək birləşmiş qoşunlara qəfləti həmlə etməyi qərara alır. Feodosiy isə bundan faydalanaraq Alp dağlarını keçərək ordusuz qalmış Maksimi ələ keçirilir[20] və 28 avqust 388 ci ildə edam edilir. Konstantinopola qayıtmazdan əvvəl 3 il Milanda qalaraq oranı özünün rezidensiyası edir.

Feodosi və Müqəddəs Ambrosi

İtaliyada qaldığı üç il ərzində Mediolan yepiskopu Müqəddəs Ambrosinın təsirinə düşür. 390 cı ildə Makedoniyanın iri şəhərlərində ordu komandanlığının özbaşnalığına qarşı qiyam qalxır. feodosiya qiyamı amansızlıqla yatırır. Müxtəlif mənbələrə əsasən 7-15 min arasında şəhər əhalisi qırılmış olur.[21] Bu hadisədən sonra Feodosiy kilsədə dua etmək istəyərkən, Müqəddəs Ambrosi onu içəri buraxmır, və onu günahsız insanların ölümündə suçlayır. Yalnız 8 aydan sonra imperatoru əfv edərək, onu ölüm hökmünün icrasını hökm sürüldükdən 30 gün sonraya saxlanılması haqqında fərman verməyə məcbur etdirir..[22]

Uzurpator Yevgeninin devrilməsi

10 noyabr 391 ci ildə[23] feodosiy Konstantinopola qayıdır. Feodosiy İtaliyadan qayıtdıqdan sonra faktiki olaraq Qərbi Roma imperator Valentinian tərəfindən deyil onun ali komandanı frank Arboqast tərəfindən idarə olunurdu. Valentinianın səlahiyyətlərini qaytarmaq cəhdi münaqişəyə səbəb olmuş və 15 may 392 ci ildə naməlum tərzdə qətlə yetirilir. Feodosiyin qərarını gözləmədən sərkərdə Arboqast özünün dəftərxana rəisini – Yevgeniyanı imperator taxtına oturdur. Feodosiya onun legitimliyini təsdiqləməkdən imtina edərək, 394 cü ildə İtaliya üzərinə qoşun yeridir. İlk döyüşdə Feodosiy qoşununun 10 minlik qot dəstəsi məhv edilir. Lakin sonradan sərkərdə Arboqast Feodosiy tərəfinə keçərək, uzurpat Yevgeni devrilmi olur.

İmperiyanın bölünməsi

Feodosiya cəmi bir neçə ay ərzində bütöv Roma imperiyasının imperatoru olmuşdur. Romada o, oğlü Honnorini qərbin imperatoru elan edərək, senat vasitəsilə bir sıra bütpərəst mərasimləri ləğv edir. Konstantinopola qayıdaraq öğlu Arkadini ondan sonra şərqin imperatoru təyin edir. 17 yanvar 395 ci ildə Feodosiy lat. hydrops – ödemdən[24] Milanda vəfat edir. Onun balzamlanmış cəsədi həmin il Konstantinopola gətirilərək dəfn edilir. Feodosiy ılməmişdən qabaq imperiya vardatını iki oğlanları arasında sülhlə bölüşdürməyə nail olmuşdur. Böyük oğlu Flavi Arkadiyə paytaxtı Konstantinopol olmaqla imperiyanın şərq hissəsi – Bizans İmperiyası, kiçik oğlu Flavi Honnoriyə isə qərb hissəsi – Qərbi Roma İmperiyası düşür. On yaşlı Hannori əmisi qızının əri sərkərdə Stilixonun qəyyumluğunu qəbul edir. Faktiki hakimiyyət əslən ata tərəfdən vandal olan Roma sərkərdəsi Stilxonun əlinə keçmiş olur. 395 ci ildən etibarən Şərqi və Qərbi imperiya əbədi bir-birindən ayrılmış olur. Qərbi Roma 80 il sonra sonralar barbar taptağı altında parçalanmış olur. Bizans isə 1000 ilə yaxın Roma İmperiyası ən-ənələrini qoruyub saxlamış olur.


Tarix: 05.03.2013 / 13:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 645 Bölmə: Dunya ve tarixi
loading...