Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Əbdülhəmid

Sultan II Abdulhəmid — 1876-1908-ci illər Osmanlı imperatoru.

Həyatı

Əbdülməcidin oğludur. 1842-ci ildə anadan olub.Osmanlı dövlətində idarəni ələ keçərən qərb oyuncağı olan bəzi paşalar, beşinci Muradın şüurunun pozulması üzərinə, dövlət işlərinə qarışmaması və tək millət məclisinin çıxaracağı qanunlara görə hərəkət etməsi şərtiylə, Əbdülhəmidi sultan elan etdilər.

Taxtdan çıxdığında Osmanlı Dövləti tam bir böhran içində idi. Çernoqoriya və Serbiyada aparılan müharibələr osmanlıların əleyhinə dönmüş, Bosniya və Hersoqovinada və Griddə qiyamlar başlamış, maliyyə böhranı son həddə çatmışdır. Bu vaxt sədrəzəm Mithət Paşa və yoldaşlarının istəyi üzərinə 23 dekabr 1876-cı ildə Birinci hökumət elan edildi. Qeyri müsəlmanların da iştirak etdiyi Məclisin ilk işi Rusiyaya hərb elanı oldu. Bu döyüş, Osmanlı Dövləti üçün bir fəlakət gətirdi. Ruslar İstanbul önlərinə qədər gəldi. Bir milyondan çox türk, Bolqarıstandan İstanbula köç etdi. Sülh istəyən Sultan Əbdülhəmid ilk iş olaraq dövləti parçalanma və yox olma yoluna doğru aparan Məclisi bağladı (13 fevral 1878) və dövlət idarəsini əlinə aldı. Ayastenfanos andlaşması ilə Osmanlı Dövləti, Makedoniya, Qərb Trakya, Kırklareli, Qars, Ərdahan və Batumu itirirdi. Ancaq İngiltərə ilə razılaşan Sultan Əbdülhəmid Kipr idarəsini onlara buraxmaq şərtiylə, yenidən yığdığı Berlin konfransında itirilən torpaqların bir qisiminə sahib oldu.

Sultan Abdulhəmid böyük məsələlər qarşısında böhrana düşən Osmanlı Dövlətini bundan sonra dahiyane bir siyasət, ədalət və qüdrətlə idarə etdi. İki yüz əlli iki milyon tutan dövlət borclarını yüz altı milyona endirdi. Məmləkətdə böyük bir abadlıq fəaliyyəti ilə təhsil və təhsil səfərbərliyi başlatdı. Çoxu şəxsi pulundan olmaq üzrə, məscid, məktəb, mədrəsə, xəstəxana, bulaq, körpü v s. (cəmi 1552) tikdirdi. Ölkənin dörd bir tərəfinə dəmiryolu xətti çəkdirdi. Yunanların Griddə üsyan qaldırması səbəbindən, Yunanıstana hərb elan etdi. Alman qərargahının geçilemez adlandırdıqları termopil keçidini 24 saatda aşan Osmanlı ordusu, Afina önünə çatdı.Yunanistanın tamamilə Osmanlı əlinə keçəcəyini anlayan Avropalı dövlətlər, sülhə məcbur etdilər və buna müvəffəq oldular.

Sultan Abdulhəmid yəhudilərin Fələstində bir Respublika qurma təşəbbüslərinin qarşısına çıxdı. Onların Osmanlı borclarını tamamilə silmək təkliflərini də rədd etdi. Fələstin torpaqlarının yəhudilərə satılmaması üçün lazımlı tədbirlər gördü. Şərq Anadoluda Erməni hərəkətlərinin qarşısını aldı və bölgədə asayişi təmin edib, Osmanlı hakimiyyətini gücləndirdi.

Sultan Abdulhəmidi taxtdan endirmədən Osmanlı Dövlətinin parçalanmasının və islamı yox edilməsinin mümkün olmadığını görən bütün daxili və xarici düşmənlər bu Türk Sultanına qarşı cəbhə açdılar, sui-qəsdlər tərtib etdilər. Beləcə otuz il dayanmış olan faciələr təkrar başladı. 31 mart 1908-ci ildə taxtdan endirilən II Əbdülhəmid Solonikiyə göndərildi (27 Aprel 1909) və 10 fevral 1918-ci ildə vəfat etdi.

Müzəffərəddin şah Qacar 1900-cü ildə Osmanlıya rəsmi səfər edir. Bu səfər vaxtı II Əbdülhəmid şahdan Azərbaycan məktəblərində qadağan edilən Türk dili tədrisini bərpa edilməsini xahiş etmişdir


Tarix: 03.03.2013 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Dunya ve tarixi
loading...