İldırım Bəyazid — Osmanlı sultanı
I Muradın oğludur, 1360-cı ildə anadan olub. 1381-ci ildə dövlət idarəsində yetişməsi üçün Kütahyaya qubernator təyin edildi. 1389 –cu ildə da xaçlı ordusu ilə edilən Birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıq göstərdi. Atası Sultan Murad, bu döyüş sonunda bir Serbli tərəfindən şəhid edildikdən sonra, Osmanlı taxtına keçdi.
İlk olaraq Serbiyada işləri yoluna qoyan İldırım Bəyazid bu sırada özünə qarşı ittifaq edən Anadolu Bəylikləri üzərinə getdi. Sürətlə hərəkət edərək Aydınoğulları, Saruhanoğulları, Germiyanoğulları, Menteşe və Hamidoğulları bəyliklərini ortadan qaldırdı (1390).
1392 – ci ildə Kastamonu üzərinə gedərək, Candaroğlu torpaqlarını ələ keçirdi. 1394 – cü ildə Selanik və Yenişəhəri (Bənövşəyiyə) alan Osmanlı ordusu, Teselya və Albaniyaya qədər irəlilədi.
1395 – ci ildə bütün Avropa millətlərindən meydana gələn xaçlılar, Osmanlılara aid Niğbolu qalasını mühasirə etdi. Adına yaraşar bir sürətlə gələn sultan Bəyazid xaçlıları Niğbolu qalası qarşısında ağır bir təxribata uğratdı (25 Sentyabr 1396). Niğbolu zəfərindən sonra Osmanlı axınçıları Macarıstan içlərinə qədər girərək bir çox qənimətlərlə döndülər.
Teymurun Osmanlılara aid Sivası alması nəticəsində iki böyük Türk xaqanını Ankarada qarşı-qarşıya gətirdi. Çubuq düzənliyində edilən və çox şiddətli keçən müharibə sonunda Osamnlı ordusu məğlubiyyətə uğradı. Əsir alınan İldırım Bəyazid yeddi ay sonra kədərindən və nəfəs darlığından 44 yaşında vəfat etdi (1403). Ölüm xəbərini alan Teymur demişdir; "Təəssüf oldu, böyük bir mücahidi itirdik."
Tarix: 03.03.2013 / 16:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Dunya ve tarixi