Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

31 YAŞIN ŞERİ

Təkəm lap otuzbir rəqəmi kimi.
Yel əsir əsəbdən titrəyir qapım.
Bir stol açmışam, süfrəmin üstə
bircə qab çatışmır – mürəkkəb qabı…

Vaxt axır, otuzbir yaş damcıları
aram-aram düşür hələ üstümə.
Elə üşüyürəm, O da yoxdu ki,
gəlib ƏLLƏRİNİ sərə üstümə.

Bu köhnə kirayə evin yiyəsi
yenə «qulağını» burur saatın:
– Fikirdən neçədə ayılacaqsan,
ay oğul, neçəyə qurum saatı?


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...