Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Udilər - Qədim yazısı

Keçmişdə udilər yalnız Qafqaz Albaniyasının ərazisində qeydə alınmışdır. Tarixən Günəşə, Aya sitayiş edən udinlər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar. Əsasını Alban əlifbası tutur. Əlifba V əsrdə yaradılmışdır, 52 hərfdən ibarətdir. Tarixi proseslər nəticəsində bu əlfbadan hal-hazırda istifadə olunmur.

1996-ci ildə Misirin Sinay yarımadasında yerləşən Müqəddəs Yekaterina kilsəsində Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidze gürcü-alban əlyazmasını (palimpsest) tapmışdır. Bu əlyazmada gürcü dilində yazılmış mətnin altında alban dilində yazılar aşkar edilmişdir. Bu yazıların sifrinin açılması yalnız udi dilinin istifadəsi ilə mümkün olmuşdur. "Beləliklə, bir çox alimlərin fikrincə, Qafqaz Albaniyasının yazılı dili kimi udi dili sayıla bilər, daha dəqiq olsaq müasir udi dilinin əcdadı - qədimi udi dili." 2009-cu ildə qeyd olunan əlyazmanın deşifrəsi ayrıca kitab kimi nəşr olunub


Tarix: 17.01.2015 / 16:01 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...