Əlirza xan Qaragözlü
Həyatı
Əlirza xan Əliqulu xan oğlu Qaragözlü 1884-cü ildə Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı.
Əlirza xan Qaragözlü Bəhaülmülk ləqəbini daşıyırdı.
Əlirza xan Milli Məclisin 3-cü çağrışında Həmədan əhalisi tərəfindən nümayədə olmuşdu. 1922-ci ildə Həsən Mustovfinin təşkil etdiyi hökumətdə İranın maliyə naziri vəzifəsində çalışmışdı. 1942-ci ildə Əhməd Qəvamın hökumətində Ədliyyə naziri olmuşdu.
Ailəsi
Mirzə Yəhya xanın qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi.
Tarix: 14.01.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr
loading...