Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

U r n a y r

U r n a y r – IV əsr, Alban çarının adı. Türkcə orun – taxt – tacda oturan, hakimiyyət sürən və ər – kişi, igid, döyüşçü sözlərindəndir. Bu adın birinci komponentini qədim türkcə urunq – təmiz, saf, nəcib, alicənab, əsilzadə sözündən (nq qovuşuq səsinin n səsinə keçməsilə) ibarət olduğunu da gumanedilir. Adın sonunu təşkil edən "ər" sözünün "ayr" kimi yazılışı türk dillərindən qədim erməni dilinə keçmiş (lakin erməni tədqiqatçıları bunu bilərəkdən danınırlar və "ər" sözünü Ari – farsları əcdadlarının adını bildirən Ari etnonimi ilə bağlayırlar) "ər" sözünun "ayr" kimi tələffüzündən irəli gəlir. XVIII əsrdə Xivə xanlığına aid sənədlərdə Orunbəy şəxs adı ilə müqayisə edilir.


Tarix: 16.01.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...