Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

U l l u s u n u

U l l u s u n u – Prof. Q. Qeybullayeb qeyd edir ki, bu şəxs adında -l səsinin qoşalaşmasının səbəbi aydın deyil. Əgər bu səs assur dilində qoşalaşmayıbsa, onda ullu komponenti qədim türkcə ulla – hörmət olunan, hörmətlə yanaşılan, sayılan sözünün fonetik şəkli ola bilər. Asurca yazılışda bu sözdə l səsi qoşalaşdırılmışsa, onda bu ad türk dillərindəki ulu (q) – məğrur, vüqarlı, qüvvətli və sun – keşikçi, nəzarətçi sözlərindən ibarətdir. XIII əsrdə türk xaqanı Uluq[46] , VIII əsrdə qırğızlarda Əren – Uluq xaqan , Çingiz xanın nəvəsi Uluqbəy adları ilə müqayisə olunur. Y.B. Yusifov adı türkcə ulu – böyük əzəmətli sözü əsasında "Böyük adam" kimi izah edərək onu hökmdar ləqəbi və ya rütbəsi hesab edir


Tarix: 15.01.2015 / 19:36 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...