Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Durmuş xan Şamlı

Həyatı
II Durmuş xan Əbdi bəy oğlu Şamlı elinın Bəydili oymağındandır. I Şah İsmayıl Səfəvinin sarayında eşikağası vəzifəsində çalışırdı. Şah onu oğlu Sam mirzəyə lələ təyin etdi və onu Əmir xan Türkmanın əvəzinə Herata hakim göndərdi. O, burda 1521-ci ildən 1525-ci ilədək bəylərbəyi oldu.

Durmuş xan adlı-sanlı qızılbaş sərkərdəsi idi. Ölkənin müxtəlif yerlərində üsyan, yağı hücumu olanda şah şamlı əmirlərini, o cümlədən Durmuş xanı ora göndərirdi. Tarixçi Əbdi bəy Şirazi yazır: "Mazandaranın hakimləri vergini verməyə diqqətsizlik etdiklərinə görə Durmuş [xan] və Zeynal xan Şamlını onları tənbeh etmək üçün göndərdilər. Zilhiccə [ayının] 7-də (10 dekabr 1518) Ulad və Kilis qalalarını mühasirə etdilər. [Həmin ayın] 11-də (14 dekabr 1518) Kilis fəth olundu. Ağa Məhəmməd özü Ulad qalasını təslim etdi".[1]

Hicri 930 (1524)-cu ildə Übeydulla Herata hərəkət etdi, lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə toqquşaraq geri döndü. Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular. II Durmuş xan 1525-ci ildə vəfat etdi.

Ailəsi
Oğlanları

Sultan Hüseyn bəy Şamlı


Tarix: 14.01.2015 / 17:10 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...