Herodotdan başlayaraq antik müəlliflər cənub-Şərqi Avropa çöllərində, sarmat və savromat adlı etnosun yaşadığını və türk olduğunu yazırlar. Bu atlı xalqları hind-avropalılardan fərqləndirən özəllikıəri var idi:
Kütləvi şəkildə mahir at miniciləri idilər, körpəlikdən at sürürdülər.
At əti yeyirdilər.
Qımız (at südü) içirdilər.
Qədim tarixyazarlar onları iran xalqları hesab etmirdi [Mənbə göstərin].
1) Antik müəlliflər (Siciliyalı Diodor,Böyük Plini,Yuliy Solin və b.) sarmatların madaylarla qohum olduqlarını yazırlar. Burada əlbəttə ki,madayların sonrakı nəsilləri olan atropatenlər nəzərdə tutulurlar. Bu zaman belə bir sual çıxır ortaya. Əgər sarmatlar irandillidilərsə onda nəyə görə farslarla deyil madaylar və atropatenlilərlə qohumdurlar? Madayların və atropatenlilərin isə türk mənşəli tayfalar olmalar və Azərbaycan türklərinin təşəkkülündə iştirak etmələri birmənalı olaraq sübut edilmişdir.(Bax:Zaur Həsənov – Çar Skifləri,Qiyasəddin Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən,Azərbaycanlıların etnogenezindən,Qədim türklər və Ermənistan,Firudin Cəlilov – Azər Xalqı və s.)
2) Antik müəllif Publiy Ovidiy Nason eranın əvvəllərində yazır:"Heyvan dəriləri və enli şalvarlarla onlar özlərini soyuqdan qoruyurlar. Onların dəhşətli üzləri tüklə örtülmüşdür." Bu məlumatda "dəhşətli üzləri" ifadəsi monqoloid irqə mənsub fizionomiyaya aiddir. İrandillilər arasında isə monqoloid irqinin yayılmaması heç kəsdə şübhə doğurmur.
3) Stefan Bizanslı adlı müəllif sarmatların Tamarak şəhəri haqqında məlumat verir. Bu toponim qədim türkcə "tam"-qala divarı, "örək" - qala sözlərindən ibarətdir.
4) Antik müəllif Pomponi Mela yazır ki,sarmatlarda "qadınlar kişilərlə bərabər döyüşdə iştirak edirlər"(Pomponi Mela. Zemleopisaniye, III kitab, 4, 35). Başqa bir müəllif Nikolay Dəməşqli qeyd edir ki,"savromatlarda qız bir düşmən öldürməmiş ərə verilmir."Qeyd edək ki,indiyə qədər iranşünasların heç biri bu adətin iran xalqlarında olması haqqında bircə dənə də olsun fakt göstərə bilməmişlər.Halbuki skiflərdə və saklarda,qafqaz albanlarında,daha sonra isə hunlar və oğuzlarda bu adətin olması haqqında istənilən qədər tarixi mənbələrdə faktlar var.
5) II əsrdə yaşamış antik müəllif Poliney (Hərbi fəndlər,VIII,56) yazır ki,sarmatlarda bir çar Medoask adlanır. Bu ad qədim türkcə "mat"-mətin, "sak", "çak"-ayıq-sayıq sözlərindən ibarətdir ki,bu da quruluşca saklarda Taksak adı ilə eynidir.
6) Sarmatlar çoxlu tayfadan ibarət idi.(Böyük Pliniy,VI,15) Onların içərisində türk,sirak (şirak),dandar (dondar),qarqar və b. vardı.Göstərilən tayfaların hamısı türkmənşəli tayfalardır və onlar haqqında mənbələrdə kifayət qədər məlumat var.
7) Herodot (IV,117) yazır ki,savromatlar skif dilində danışırlar. Skiflərin türkmənşəli olması isə kifayət qədər tutarlı faktlarla sübut edilmişdir.
Göstərilən faktlar sarmatların türkmənşəli olduğunu deməyə əsas verir.Bütün bu faktların əksinə iranşünaslar sarmatların irandilli olmasına dair bir dənə də olsun fakt göstərə bilmirlər.
Tarix: 17.01.2015 / 15:54 Müəllif: Feriska Baxılıb: 123 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr