Qarqarların etnik mənsubiyyəti haqqında elmdə bir neçə fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu qeyd edirlər. Digər alimlər isə qarqarların İber-Qafqaz etnik qrupuna aid olduğunu iddia edir və albanlarla eyniləşdirirlər. Hətta tədqiqatçı Kamilla Trever qarqarları Qafqaz Albaniyasında ən geniş yayılmış küp qəbirləri mədəniyyətinin sahiblərindən biri hesab edirlər.
Rus tədqiqatçılarının əksəri öz əsərlərində qarqarları Qafqazdilli sayırlar (P.K.Uslar,E.İ.Krupnov,A.Q.Şanidze,N.Q.Volkova və b.).Lakin qarqarların Güney Azərbaycanda və Orta Asiyada yaşaması haqqında mənbələrdə məlumatların verilməsi bu fikirlərin əsassız olduğunu göstərir.
Qafqaz Albaniyasında qarqarlar üç bölgədə yaşayırdılar:
1)Yuxarı Qarabağda.Qarqardağ və Qarqarçay toponimləri,Gədəbəy rayonunda qarqar adının təhrif olunmuş forması olan Gərgər,Herher və Xarxar kənd adları qarqarlarla əlaqədardır.
2)Qafqaz Albaniyasının Şimal-Şərq bölgəsində İbn Xordadbeh (IX əsr) Şabran ilə Dərbənd arasında Karkar adlı şəhər olduğunu qeyd edir.
3) Qafqaz Albaniyasının Şimal-Qərb bölgəsində,Qəbələ rayonu ərazisində Xarxar-xaraba adlı yaşayış yeri tədqiq olunmuşdur.Qarqar etnonimininəks olunduğu çoxlu toponimlər Güney Azərbaycan ərazisində də vardır.
Lakin qarqarlara məxsus arxeoloji abidələr zəif öyrənilmişdir. Tarixi mənbələrdən aydın olmuşdur ki, bu tayfa əvvəlcə dağlarda məskunlaşmış, sonralar isə düzən sahələrə gələrək oturaq təsərrüfatla məşğul olmağa başlamışlar. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə qəbul edən tayfalardan biri də məhz qarqarlar olmuşlar.
Tarix: 17.01.2015 / 15:44 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr