Həyatı
XIX əsrdə İran dovlətinin bir sıra idarələrində bacarıqlı katib-xəttat kimi calısan azərbaycanlı səxsiyyətlər olmuslar. Onlardan biri Mirzə Məhəmmədəli xan Qaragozlu Həmədanidir. O, 1847-ci ildə Həmədanda anadan olmusdur və Əbdulhuseyn xanın oğludur.
Allahqulu xan Elxanı Həmədan hakimi təyin olunduğu zaman Məhəmmədəli xanı oz munsibasısı, (rəisi-dəftəri-hokumət), yəni Həmədan hokumətinin dəftərxana rəisi vəzifəsinə təyin etdi. O, gozəl xəttə malik idi və 1876-cı ildə Allahqulu xan basqa isə təyin olunaraq, Tehrana dəvət olunduqda onun yanında munsi-xəttat vəzifəsini icra etməyə baslamısdır.
Allahqulu xan Elxanı 1881-ci ildə Zəncan hakimi təyin olunduğu zaman Məhəmmədəli xan da oz əvvəlki pesəsi ilə onun yanında xidmət etməyə basladı. Məhəmmədəli xan 1882-ci ildə Allahqulu xan vasitəsilə Londondan Tehrana qayıtmıs İranın səlahiyyətli numayəndəsi Mirzə Mülkum xanla tanıs olmus, sonra isə İngiltərə səfirliyinə munsi vəzifəsinə təyin olunaraq onunla Londona getmisdir, 6 il İranın Londonda fəaliyyət gostərən səfirliyində calısmısdır. O, bu muddət ərzində numayəndə kimi iki dəfə Tehrana gəlmisdir. Mirzə Məhəmmədəli xan burada fəaliyyət gostərərkən Mirzə Mülkum xanın İranın İslər Nazirliyinə gondərdiyi məlumat və raportları səlis xətlə yazır, eyni zamanda "Qanun" qəzetinin nəsrində fəal istirak edirdi.
Mirzə Məhəmmədəli xan Londonda nəsr olunan və İrana gətirilməsi qadağan edilmis "Qanun" qəzetində fəaliyyətinə gorə Nəsrəddin şahın gostərisi ilə həbs olunmusdu. Məlum olduğu kimi bu qəzet İranda hokm surən haqsızlıqları, o cumlədən sah usul-idarəsini acıq tənqid etdiyi ucun qadağan edilmisdi. Burada dərc olunan yazıların Mirzə Məhəmmədəli xanın qələmindən cıxdığı guman edildiyi ucun bir necə adamı, o cumlədən onu Qəzvinə surgun edib, 22 ay orada saxladılar. Qeyd etmək lazımdır ki, Nəsrəddin şahın qatili Mirzə Rza Kirmani də onların arasında idi.
Məhəmmədəli xan Həmədani həbsdən azad edildikdən sonra yenidən Avropaya getmis, 1892-1902-ci illərdə orada calısmıs, yasamısdır. O, 1903-cu ildə Avropadan qayıtdıqdan sonra Fəridülmülk (dovlətin misilsiz, yeganə adamı) ləqəbinə layiq gorulərək, Kirmansaha gondərilmis və orada xarici islər uzrə karguzar və pasport isləri rəisi vəzifəsinə təyin olunmusdur. Məhəmməd xandan "Yaddasthayi-ruzaneyi xətti" adlı gundəlik yadigar qalmısdır. O, gundəliyin bir yerində belə yazır: "Şükur edirəm ki, burada (Kirmansahda-Ə.Ç.) hec kəs məndən narazı və sikayətci deyildir. Yaxsı ad qazanmağı dunya malından və insanlara əziyyət verməkdən ustun tutdum. Kirmansahda qazandığım yazdıqlarımdır". O, iki il Həmədanda karguzarlıqla məsğul olmus, cətin səraitdə yasamısdır.
Məhəmmədəli xan Həmədani 1334-cu (1915) ildə, 71 yasında vəfat etmisdir.
Tarix: 14.01.2015 / 17:22 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr