Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ariazantlar

Ariazantlar - Midiya tayfa ittifaqına daxil olmuş tayfalardan biri.

Dyakonov bu tayfanın adını Ari və Avesta dilində zantu tayfa sözlərinə ayırmış və bütünlükdə onun Ari tayfası mənasını verdiyini yazmışdır. Lakin prof. Q. Qeybullayev qeyd edir ki, Arizant bu etnonimin qədim yunanca yazılış formasıdır və şübhəsiz ki, təhrifə məruz qalmış addır. Bu etnonim əslində türkmənşəli aris, orus tayfasının[1] adından və qədim türk-monqol dillərində cəm bildirən t şəkilçisindən ibarətdir. Türk tayfalarından birinin indi də urus adlanması haqqında çox deyilmişdir[2]. Türkmənlərin Ersari tayfasının adı da eris (qədim forması arıs) etnonimindən və ər – kişi, döyüşçü sözlərindəndir. Aras formasında bu tayfanın adı Albaniyanın Arajkan, Arospijan (yazılışları qədim ermənicədir), müasir Ərəzin (Culfa rayonu) toponimlərində əksini tapmışdır. Ərəzin adlı kənd Cənubi Azərbaycanın Qaradağ mahalında da vardır. Deməli, Arazat kimi səslənmiş etnonimə Herodot (yaxud onun məlumatçısı) n səsini əlavə edərək onu Arizant kimi yazmış, tədqiqatçılar isə bu səsə görə zanut sözünü müəyyən etmiş və onun farsca tayfa mənasında olduğu nəticəsinə gəlmişlər, halbuki, Arizant kimi yazılmış etnonimin daşıyıcıları türkmənşəli etnos idi.


Tarix: 15.01.2015 / 17:15 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...