anda yaşamış, döyüşkən qadınlardan ibarət tayfadır. Tayfada bir nəfər belə kişi olmayıb. Əsasən Azərbaycanın Şimal-Qərb və Cənub-Qərb ərazilərində məskunlaşıblar. Lakin aborigen olmayıblar. Amazonkalar Azərbaycana Skif-Sak-Massaget tayfalarının axını zamanı gəliblər. Herodot Amazonkaların şimali Qara dəniz hövzəsində skiflərlə qonşuluqda yaşadığını göstərirdi. Amazonkaların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları isə Strabon "Coğrafiya" əsərində verib. Strabon bu haqda yazır:" Albaniyanın yuxarı dağlarında amazonkalar yaşayır. Pompeyi yürüşdə müşayət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar. Bu ölkədə həmin tayfalar ilə Amazonkalar arasında Mermodalida çayı axır. Bu yerlərlə yaxşı tanış olan başqa yazıçılar, onların içərisində Skepsiyalı Metrodor və Qipsikart iddia edirlər ki, Amazonkalar Qafqaz dağlarının Keravn adlanan Şimal ətəklərində Qarqarlarla qonşuluqda yaşayırlar. Amazonkalar bütün vaxtlarını özləri üçün istifadə edirlər, yer şumlayır, bağçılıq, mal-qara, xüsusilə, atlara qulluq etmək kimi mühüm işlər görürlər. Amazonkalar at belində ovla və hərbi təlimlə məşğul olurlar. Onların sağ döşlərini uşaq vaxtı yandırırlar ki, hər iş görəndə xüsusilə nizə atanda rahat olsun. Onlar həmçinin ox, yay, yüngül qalxan və balta da işlədirlər. Onlar vəhşi heyvan dərisindən bürünəcək, dəbilqə və kəmər hazırlayırlar. Yazdakı iki xüsusi ayda onları Qarqarlardan ayıran qonşu dağa qalxırlar. Çox qədim bir mərasimə görə Qarqarlar da həmin dağa qalxırlar ki, qadınlarla birgə qurban verib, uşaq doğmaları üçün onlarla yaşasınlar; kim kimlə düşdü, onlar xəlvət, qaranlıqda görüşürlər qadınları hamilə edərək Qarqarlar onları evlərinə buraxırlar. Qadın cinsindən olan bütün uşaqları Amazonkalar özlərində saxlayırlar, kişi cinsindən olanları isə Qarqarlara verirlər. Hər bir Qarqar onlara gətirilən körpəni oğlu bilib böyütməlidir".
Tarix: 15.01.2015 / 17:14 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr